“Bu proseslər Ermənistanı daha da zəiflədəcək” Siyasət

“Bu proseslər Ermənistanı daha da zəiflədəcək”

"Ümumiyyətlə Ermənistan "forpost" ölkədir və Rusiyanın əlaltısıdır. Rusiyanın hərbi bazaları orada yerləşir. Paşinyan istefa verib ki, yenidən hakimiyyətə gəlsin. O bununla bir manevr etmək istəyir". Bunu politoloq Məhərrəm Zülfüqarlı deyib. Onun sözlərinə görə, Paşinyanı istəməyən qüvvələr xüsusilə də qərbə düşmən olan qüvvələr Rusiyadan kömək alaraq çalışacaqlar ki, revanş götürsünlər: "Yəni bütün hallarda Ermənistanda ziddiyyətlərin güclənməsi bizim xeyrimizədir. Təbii ki, bunlar dekabrda keçiriləcək seçkilərin nəticələrindən asılıdır. Mənə elə gəlir ki, bu proseslər Ermənistanı daha da zəiflədəcək və həmin ziddiyyətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində atdılan addımların daha da güclənməsinə kömək edəcək. Rusiyanın Müdafiə Nazirliyin baş Qərargah rəisi dedi ki, bizim Ermənistanla bağladığımız müdafiə müqaviləsi Ermənistana aiddir, Qarabağa aid deyil. Sabah biz öz torpaqlarımızı azad etmək istəsək və yaxud buna başlasaq artıq Ermənistana mesaj verdi ki, bu işə qarışmayacaq. Təbii ki, buna da arxayın olmaq olmaz. Ona görə də biz böyük dövlətlərlə siyasətimizi düzgün qurmalıyıq ki, sabah biz öz haqqımızı bərpa etmək istəyəndə bizə kənardan maneələr olmasın. Bütün bu proseslər 2016-cı ildə aprel döyüşlərindən sonra Azərbaycanın xeyrinə yüksələn xətt üzər gedir. Arzu edək ki, bu proseslər davamlı olsun".