“Misir və Azərbaycan dünyada sülhün bərqərarı üçün böyük işlər görə bilərlər” Siyasət

“Misir və Azərbaycan dünyada sülhün bərqərarı üçün böyük işlər görə bilərlər”

Azərbaycan Misirlə dost və qardaş ölkədir.
Bunu Misir parlamentinin sədrinin birinci müavini Mahmud Əş-Şərif deyib.
Misir xalqının salamlarını Azərbaycan xalqına və hökumətinə çatdırdıqlarını deyən M.Əş-Şərif qeyd edib ki, hər iki dövlət arasında əlaqələri yüksək səviyyədə inkişaf etdirmək üçün çoxlu protokollar və planlar var.
Humanitar forumda iştirakından da danışan M.Əş-Şərif əlavə edib ki, bu forum dünyadakı qlobal problemlərin həlli, eyni zamanda insanlığa dəstək baxımından çox faydalıdır: "İnanıram ki, böyük tarixi olan bu iki dövlət humanitar sahədə, dünyada sülhün bərqərarı üçün böyük işlər görə bilərlər. Bu, mədəniyyət sahəsində əlaqələrin inkişafında daha önəmli rol oynayacaq".
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.