“Minsk qrupuna daxil olan dövlətlər fəal olmalıdırlar” Siyasət

“Minsk qrupuna daxil olan dövlətlər fəal olmalıdırlar”

Qabil Hüseynli: "Günahkar tərəfə müəyyən sanksiyalar tətbiq etməli, təzyiqlər göstərməlidirlər"

"Həmsədrlərin regiona bu dəfə ki, səfərlərindən ciddi gözlənti gözləmirəm". Bunu Politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, çünki Ermənistanda Paşinyanın başı seçkilərə qarışıb: "Yəni Paşinyan danışıqlar prosesi haqqında düşünmür və vəzifəsindən də formal olaraq istefa verib. Ona görə də, ATƏT-in Minsk qrupunun həmsədrləri kiminlə görüşəcək, bunu söyləməyə də çətinlik çəkirəm. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımı səviyyədə işləmir. Onlarda çox zaman bəhanə kimi göstərirlər ki, tərəflərdən təşəbbüs gəlməlidir. Yəni ATƏT-in Minsk qrupu münaqişənin həllində ikili yanaşma nümayiş etdirir. Əslində Minsk qrupuna daxil olan dövlətlər fəal olmalı və bu prosesi sürətləndirməli və günahkar tərəfə müəyyən sanksiyalar tətbiq etməli, təzyiqlər göstərməlidir. Bu işi üç nəfərə tapşırıblar və bu üç nəfərdə turist kimi gəlib gedirlər. Belə olan halda da, onların dedikləri sözləri də heç kəsə eşitmək istəmir".