Rusiyanın müharibə qorxusu Siyasət

Rusiyanın müharibə qorxusu

"Tərəflərin müharibə ritorikası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imkan vermir, əksinə vəziyyəti daha da çətinləşdirir". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
"Hələ ötən il Belçikanın Lokeren şəhərində Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə qəbul etdiyi bəyannamədə bildirilirdi ki, Azərbaycan və Ermənistan hökumətləri Dağlıq Qarabağ münaqişəsinin həllində xalqı müharibəyə deyil, sülhə hazırlamalıdır. Hesab edirik ki, münaqişənin həllində bu cür variant daha məqsədəuyğundur. Məhz bu səbəbdən biz Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin sonunda Vyanada əldə etdikləri razılaşmaya əsasən birbaşa danışıqları davam etdirəcəyinə ümid edirik", - deyə açıqlamada bildirilir.