“Qara dəniz və Xəzər hövzəsində təhlükəsizlik dinamikasının dəyişməsi” Siyasət

“Qara dəniz və Xəzər hövzəsində təhlükəsizlik dinamikasının dəyişməsi”

İstanbulda NATO-nun 70, Şərq Tərəfdaşlığı Proqramının 25 illiyinə həsr olunmuş konfrans keçirilir

İstanbulda NATO-nun 70, Şərq Tərəfdaşlığı Proqramının 25 illiyi münasibəti ilə “NATO ilə 25 illik tərəfdaşlıq: nə əldə olundu və hansı səhvlərə yol verildi? Qara dəniz və Xəzər hövzəsi ölkələrinin NATO ilə davam edən tərəfdaşlığı fonunda təhlükəsizlik dinamikasının dəyişməsi” mövzusunda konfrans keçirilir.
Konfransda ATA (The Atlantic Treaty Association – Atlantik Müqaviləsi Assosiasiyası) və NATO-nun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, alimlər, Qara dəniz və Xəzər dənizi hövzələri ölkələrinin parlamentariləri, təhlükəsizlik və kəşfiyyat strukturlarını təmsil edən rəsmilər iştirak edirlər.
İki gün davam edəcək konfransın təşkilatçıları German Marşal Fondu (The German Marshal Fund) və ATA-dır.
Konfransda ölkəmizi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev təmsil edir.