Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
8 Oktyabr 2019 19:58
2 324
Məlum olduğu kimi, bu gün son günlər üzvlərinin müxtəlif vəhşiliyi, səsyazıları və digər biyabırçılıqları ilə məşhurlaşan Milli Şura və AXCP-nin saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında 50 nəfərlik piketi keçirildi.
Lakin keçən müddətdə, piketlə mitinqin fərqini belə bilməyən başda Əli Kərimli olmaqla AXCP üzvləri sosial şəbəkələrdə çağırış edərək vətəndaşları aksiya keçirirmiş kimi piketə dəstək verməyə dair çoxsaylı çağırışlar etdilər.
Cəbhəçilər yenə də həmişəki ənənələrinə, çirkin niyyətlərinə sadiq qaldılar- ərazidə təxribatçı hərəkətlərini davam etdirdilər, piketin qaydasında, tam dinc şəraitdə keçməsinə baxmayaraq şəhərin mərkəzində, xüsusilə də sıravi vətəndaşların gəzərək istirahət etdiyi yerlərdə çoxluq görüntüsü yaratmaq məqsədilə icazəsiz yürüş keçirməyə, polis əməkdaşlarını provakasiyaya çəkməyə çalışdılar. Nəticədə bəzi onların təxribatına aldanan şəxslər arasında xəbərdarlıq edilib ərazidən uzaqlaşdırılan da oldu, saxlanılan da.
Lakin işin faciəvi tərəfi odur ki, piketdə dünənə qədər riyakarcasına çağırış etməkdən yorulmayan nə sosial şəbəkə bloggeri, AXCP sədri Əli Kərimli, nə də Milli Şura adlı adı olub özü olmayan qurumun sədri Cəmil Həsənli iştirak etmədi!!! Bütün olanları Kərimli evindən, Həsənli isə uzaq Amerikadan izlədi.
Sizcə absurd deyilmi? Görəsən Əli Kərimlini hansı səbəb ora gətirə bilmədi? Qorxdumu, yoxsa o 49 nəfərlə bir sırada dayanmağı özünə sığışdıra bilmədi? Özünü onlardanmı saymadı, yoxsa elə onun vəzifəsi hamını qızışdırıb sonda sıravi şəxslərin cəzalanmasına nail olmaqdanmı ibarətdi?!
Bu gün olanlar Əli Kərimlinin və başının dəstəsinin riyakarlığını bir daha sübut etmiş oldu.
11:31
483
11:30
469
11:30
504
