Ermənistan və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
Həyacan siqnalı verən Rusiya təyyarəsi bir saat sonra yerə enə bilib
Almaniya lideri çoxmillətli qüvvələrin Ukraynaya yerləşdirilməsi üçün şərtləri açıqlayıb
15 Oktyabr 2019 14:36
4 739
Ermənistan gərək Türkiyə-Suriya konfliktindən istifadə edib, öz təhlükəsizlik səviyyəsini artırsın.
Bunu “Armnyus”a müshaibəsində Ermənistan hökumətinə yaxınlığı ilə seçilən erməni politoloq, Xristian Demokrat Partiyasının sədri Levon Şirinyan deyib.
O, İrəvanın vəziyyətdən istifadə edərək, Azərbaycana qarşı əməliyyat keçirməli olduğunu söyləyib:
“Naxçıvan istiqamətində aktivləşməli, mövqelərimizi nizamlamalı, Qarabağ istiqamətində irəliləməliyik. Türkiyə ordusunun hazırda problemləri mövcuddur. Bizim Baş Qərargahımız hazırda çox aktiv işləməlidir”.
Şirinyan Rusiyanın Ermənistandan asılı olduğunu və Ermənistanın Türkiyə ilə yaranan situasiyadan istifadə edərək, Gümrüdəki bazanın ləğvi məsələsini də gündəmə gətirməsi gərəkdiyini deyib.