Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
25 Oktyabr 2019 14:45
1 232
" Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə iştirak etməkdən məmnunam".
Bunu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə BMT Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande deyib.
O bildirib ki, Zirvə Görüşü Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin olmasının göstəricisidir: "İkinci Dünya müharibəsindən sonra yaradılan BMT daima sülh və ədalətin olmasına çalışıb. BMT-nin Nizamnaməsi sülh üçün ən böyük zəmanətdir. Biz terrorçuluğa, dağıdıcı müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalı və Qoşulmama Hərəkatının prinsiplərini hər zaman uca tutmalıyıq".
BMT Baş Assambleyasının Prezidenti qeyd edib ki, dünyada sülhün bərqərar olmasının əsasında "Bandunq Prinsipləri" və BMT Nizamnaməsi dayanmalıdır: "Biz elə həll variantları tapmalıyıq ki, çoxsaylı problemlər həll olunsun və bu, bütün dünya ölkələrini əhatə etsin. Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq. Təhsilə çıxışı təmin etməli, işsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqlarını qorumalıyıq. Gənc qızların təhsilə çıxışı çox vacibdir, bu səylər davamlı şəkildə göstərilməlidir. Eyni zamanda, biz dünyada alovlanan münaqişələrin qarşısını almalıyıq".
Tijjani Məhəmməd-Bande Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə Azərbaycana uğurlar arzulayıb.
15 Noyabr 21:25
1 435
15 Noyabr 17:47
1 050
15 Noyabr 17:44
1 043