“İrəvanın işğal altında olan ərazilərimizdə  qeyri-qanuni məskunlaşdırma siyasəti yeni deyil” Siyasət

“İrəvanın işğal altında olan ərazilərimizdə  qeyri-qanuni məskunlaşdırma siyasəti yeni deyil”

Zaur Əliyev: “Bunun tarixi ötən əsrə gedib çıxır”

“İrəvanın işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti yeni deyil və bunun tarixi hələ ötən əsrə gedib çıxır. Ermənistan hakimiyyəti işğal etdikləri Dağlıq Qarabağa hələ 1999-cu ildən etibarən xarici şirkətləri sərmayə yatırmağa cəlb ediblər”. Bu fikirləlri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev səsləndirib. Zaur Əliyev bildirib ki, amma bu şirkətlərin böyük əksəriyyəti Dağlıq Qarabağda rəsmi qeydiyyatdan keçməyiblər: "Yalnız 24 xarici şirkət Dağlıq Qarabağa sərmayə yatırtmaq üçün qeydiyyatdan keçib. Bu illər ərzində həmin şirkətlər Dağlıq Qarabağa 35 096 500 dollar civarında pul yatırıb. Nəticədə Qarabağda 1325 iş yeri açılıb". Zaur Əliyev qeyd edib ki, bu sahədə daha geniş işbirliyi İranla qurulub: "Tehranla İrəvanı birləşdirən başlıca faktor Yaxın Şərqdə hər iki ölkənin maraqlarının strateji baxımdan uzlaşmasıdır. Yaxın Şərq ölkələrindəki erməni icmaları regionda baş verən etnik, dini, təriqət və məzhəb savaşlarında ən çox gəlir götürən, bu faciələrin miqyasına görə əməlli-başlı qazanclı çıxan böyük bir struktura malikdirlər. Çünki, Ermənistanın əsas gəlir mənbəyi Yaxın Şərqdə gizli silah, narkotika və insan orqanlarının transplantasiyası sayəsində başa gəlir. İranın "Part Saman Caal Ko" şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib. Bütün bu maliyyə əməliyyatları İranın "Banke Melli İran", "İran İslam Bankı", "Keşavarazi Bankı", "Ənsar Bank", "Ayəndəh Bank", "Banke Hekmətİranian", "Banke Mellət", "Banke Keshvəravazi", "Banke Xalifəthijəmalad", "Banke Saderat", "Banke Sepah", "Banke Tejaret", "Banke Ghavamin", "Banke Parsian", "Banke Qharzolhasaneh Mehr", "Banke Refah", "Banke Pasargad", "Banke Saman ATM", "Banke Samen", "Banke Sina", "Banke Maskan", "Banke Post", "Banke Egthesade Novin", "Banke Eqtesad Novin", "Banke Touse Saderat" bankları tərəfindən həyata keçirilir. Bir də reallıq var. İranın 300-dən çox şirkətinin qondarma Dağlıq Qarabağ rejimi ilə olan isti münasibətlərinin səbəbləri nədir? "İran Mellat Bankı"nın İrəvan filialı da növbəti dəfə 2016-cı ilin aprelində "Dağlıq Qarabağ Respublikasına" böyük miqdarda maliyyə yardımı göndərib. Lakin bank adının hər hansı rəsmi sənədlərdə hallanmaması üçün bank köçürməsi həyata keçirmir. Bank tərəfindən təşkil olunan bu tip yardımlar fərdi kuryer vasitəsilə reallaşdırılır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində İrana məxsus şirkətlər təbii sərvətlərimizi çıxarır və sonra da Tehran, Yəzd, Kirman, İsfəhan və digər sənaye şəhərlərin fabriki-zavodlarında istehsalını artırır. Bu faktlar nə qədər acınacaqlı olsa da, daha dəhşət saçanı odur ki, həmin məhsulları bizə satır. Və isti münasibətin də əsl səbəbi budur".
Zaur Əliyev deyib ki, hazırda Ermənistandan qeydiyyatdan keçib Dağlıq Qarabağa sərmayə qoyan İran şirkətləri bunlardır. "Mona Qrup" (Rəhmani, Rəşidi, Azərban Həddad), "Kankar"(Seyid Nur Eyni), "Şərifli" (Rza Şərifi), "Süleymani" (İzzət Süleymanpur), "Arya Filiz Nab" (Rəsul Ənzari), Araz Mühacir Ticarət" (Kazım Səfərzadə), "Aftab" (Əzimi Əhmədpur), "Arazfud" (Cavad və Məhəmməd Bimeqdar), "Nüsrəti" (Rza Nüsrəti), "Pəyan-e Saderat" (Davud Cokar), "Vasif" (Məhəmməd Cəfərpur Vasif), "Firuznejat" (Əhməd Firuznejat), "Nəcəfzadə" (Nəcəfzadə), "Kaimifa" (Əbülfəz Mətləbzadə), "Turac" (Məhəmmədhüseyin Yusifzadə), "Armen" (Əli Qüdrəti), "Ava" (Vahik Ohancanyan), "Kraun" (Hamu Davudi), "Şölə" (Seyidəli Hüseyni), "Suas" (Hüseyn Şadi), "AMO Kimya" (Nadir İrani, Vəhid Nəhavəndiyar), "Nahid" (Möhsüm Fərşbaf), "Səba Saha" (Rza Nafəzi), "Petrocəm" (Cəlil Heydəri), "Derəxşan" (İsmayıl İbrahimi), "Şahsuvari" (Rza Şahsuvari), "İzorof" (Təhmuraz İmani), "Rizşin" (Əli Əzhəri), "Elivoud" (Hüseyn Şeybani), "Tirkaran" (Məhəmməd Ənsari), "Mələki" (Hüseyn Mələki), "Luba" (Əli Azad Əfruz), "Nardino" (Siyamək Boləndi), "Kultrom" (Səda Allahverdiyan), "Şadan" (Şəhruz Hüseyni), "Sunesar" (Nasir Ətayi), "Suzan" (Behruz Caznəgu), "Növcavan qardaşları" (Cavad Növcavan), "Tatyo" (Arlen Davudyan), "Şahinans" (Vahik Şahinans), "Roberto" (Rubik Minasyan), "Arbi" (Varuj Ayvazyan), "Şahbaz" (Məhəmmədrza Baqeri), "Kyudot" (Rəhim Ali), "Ambret" (Pərviz Nüsrəti), "Bir" (Hadi Purradi Gərgəri), "Kondal" (Əsğər Fədai), "Aypeks Nur" (Əfşin Nəsiri), "Miyad" (Yunes Rezayi Əqdəm), "Paknam" (İsa İmami), "Marlik" (Əli Nəsirli Livarcani), "Şahab Səhənd" (Cavad Rəhimi Namdar), "Ərcümənd" (Əlirza Ərcümənd), "Livarcan" (Möhsün Cənabiyye), "Silis Şen" (Seyid Əbülfəz Səlili), "Minamesa" (Məhəmməd Eslami), "Nadir" (Nadir Kərimiyan Siyahrud), "Rand" (Rəhman Behruzi), "Trakliyan" (Həmid Xorrəmi), "Didar" (Əlirza Həlimi Təbrizi), "General Oil" (İbrahim Dadaşi Fərxəndi), "Aştarak" (Məhəmməd Əli Əsğəri), "Necati" (Yusif Necati), "Alişan" (Serjik), "Hadi" (Rza Hadi), "Zakeri" (Mənuçehr Zakeri), "Apada" (Əlirza Firuzməndi), "Olaks" (Yusif Çaleş), "Alfapetrolium" (Harut Aslanyan), "Sanir" (Katuziyan), "Biga" (Jerj Qədimi), "Arm Oil" (Hernik Darqukasyan), "Motoşop" (Rafiq Qarqusyan), "Raymond" (Raymond Tarverdiyan), "Harmik motor" (Harmin Manaseryan), "Şin Ezgim" (Əmir Əzhəri), "Əndişeyi İraniyan" (Əli Əlicanduxt), "Tun tun" (Serj Əmirxanyan), "Zöhrabyan" (Zöhrabyan qardaşları) və "Edko" (Armen Xodobəxşiyan). Bu arada Birləşmiş Ştatların Konqresinin Nümayəndələr Palatasında qondarma soyqırımla bağlı qəbul edilən qərara da münasibət bildirən Zaur Əliyev qeyd edib ki, əslində bu da erməni lobbisi, eləcə də Ermənistana göstərilən beynəlxalq dəstəyin bir nümunəsidir. Eyni zamanda dünyada mövcud olan ikili standartların əyani sübutudur : "Əslində soyqırım məsələsi siyasi təyziq və sairədən daha psxioloji bir siyasətdir. Ermənilər öz xalqlarını bir arada saxlamaq və daha çox imkanlar əldə etmək üçün bu vasitədən məharətlə istifadə edirlər. Britaniya, Amerika, Fransa, Rusiya eləcə də Matandaranda olan sənədlər sübut edir ki, Osmanlı dövlətinin köçürülmə fərmanı 9 iyun 1915-ci ildən 8 fevral 1916-cı ilə qədər Anadolunun müxtəlif yerlərindən aşağıdakı saylarda olub. 438 min 758 nəfər toplanıb, bunlardan 382 min 148-i isə yeni yaşayış yerlərinə sağ çatdırılıb. 56 min 610 nəfərin ölümünün səbəbi isə sənədlərdən əldə edilən məlumatlara görə, aşağıdakı şəkildə ortaya çıxıb: 500 nəfər Ərzurum-Ərzincan arasında; 2 min nəfər Urfa Hələb yolunda; 2 min nəfər Mardin ətrafında quldurlar və ərəb qəbilələrinin hücumu nəticəsində qətlə yetirilib, 5 min nəfərdən çoxu da Dərsim bölgəsindən keçərkən erməni və kürd basqınçıları tərəfindən öldürülüb. Ancaq zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq, ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırıblar. Halbuki 1914-cü ildə Türkiyə ərazisində cəmi 1,294,851 erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18,520,016) cəmi 6,9 faizini təşkil edirdi. Elə ermənilərin özünün razılığı ilə Maltada Britaniya Baş prokurorluğunun tədqiqatı 32 ay davam edir. 32 ay davam edən məhkəmədə həmin şəxslərə bəraət verilib və erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlinib. 29 iyul 1921-ci ildə belə qərar verilib: "Bu günə qədər, məhbuslar əleyhinə keçirilmiş ittihamların doğruluğuna şahidlik edən ciddi bir şəxs tapılmyıb. Müttəhimlərin əleyhinə ittihamların Ədliyyə Məhkəməsi tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi imkansız görünür. İngilis Kral Baş prokurorluğu "kütləvi öldürmə" iddiası ilə bağlı hüquq məhkəməsində yeni dava açmağa kifayət qədər sübut olmadığı, əldə olan sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübut dəyəri olmadığına görə kimsənin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağını qərara alır".