Erməni alayları necə darmadağın edildi… - Kuznetsovun cavabı Siyasət

Erməni alayları necə darmadağın edildi… - Kuznetsovun cavabı

Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan ölkə ərazisində faşizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyəti izah etməyə cəhd göstərib və bununla da özünü axmaq vəziyyətinə qoyub.
Nazir hazırda Böyük Vətən müharibəsində qazanılan qələbədə ermənilərin oynadığı rolun təhrif olunduğunu iddia edib.
Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov Mnatsakanyanın çıxışına nəzər salıb və Böyük Vətən müharibəsi illərində baş verən real hadisələrlə bağlı erməni nazirə bəzi xatırlatmalar edib.
“Ermənistanın XİN rəhbərinin çıxışından tezisləri, xüsusən də ermənilərdən təşkil olunmuş Qızıl ordunun 89-cu atıcı diviziyası ilə bağlı hissəsini dərin maraqla oxudum və tədricən bu maraq sarkazma çevrildi. Burada cənab Mnatsakanyan utanmadan, açıq şəkildə və riyakarlıqla yalan danışmağı özünə sığışdırıb”, - tarixçi bildirib.
Arayış: Həqiqətən də diviziya 1941-ci ilin noyabrında İrəvanda yaradılıb. Ancaq artıq 1942-ci ilin oktyabrın 31-də bu diviziyanın 526-cı alayı Mozdok yaxınlığında hitlerçilər tərəfindən əsir götürülüb. 9-10 fevralda isə 390-cı, 400-cü atıcı alaylar və 521-ci artilleriya alayı alman qoşunları tərəfindən darmadağın edildi. 390-cı alayın 900 ermənisi özlərindən sayca az olan düşmənə bir güllə belə atmadan təslim oldu, 521-ci alayın komandanlığı isə faşistlər tərəfə qaçdı.
“Heç olmasa, bu cür vicdansızlıqla yalan danışmazdan əvvəl Vikipediyanı açıb oxusunlar. 1943-cü ildə erməni kəşfiyyat-diversiya dəstəsi – Abverqrup 114 “Dromedar”ın şəxsi heyətinin yarıdan çoxu məhz 89-cu atıcı diviziyanın ilk formalaşdırılmasından qaçanlardan ibarət olub. Berlinə hücumda Sovet ordusunun ikinci dəfə təşkil olunmuş 89-cu atıcı diviziyası iştirak edib. Bu diviziyanın tərkibində isə ermənilər demək olar ki, olmayıblar”, - Kuznetsov bildirib.