Nyu-York birjasında təbii qazın bahalaşması davam edir İqtisadiyyat

Nyu-York birjasında təbii qazın bahalaşması davam edir

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“APA-Economics" xəbər verir ki, 2026-cı ilin oktyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,99% artaraq 3,05 ABŞ dolları təşkil edib.