IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
09:26
553
Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyəti səfər çərçivəsində Milli Məclisinin sədri, komitə sədrləri və Azərbaycan hökumətinin üzvləri ilə görüşəcək.
Müzakirələr Gürcüstan və Azərbaycan arasında ikitərəfli parlament əlaqələrinin dərinləşdirilməsi, iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi, həmçinin regional əməkdaşlığın və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərinə həsr olunacaq.
Xüsusi diqqət ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsinə yetiriləcək. Bununla bağlı Gürcüstan parlamentariləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklər.