Azərbaycan-İsrail əlaqələri daha da genişlənir - FOTO Siyasət

Azərbaycan-İsrail əlaqələri daha da genişlənir - FOTO

Noyabrın 24-də İsrailin paytaxtı Tel-Evivdə “İsrail-Azərbaycan beynəlxalq assosiasiyası “Aziz”in III qurultayı keçirilib.
Qurultayın işində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Nümayəndə heyyətinin tərkibində Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi şöbəsinin baş məsləhətçisi Mətanət Baqiyeva, Quba RİH-nin Qırmızı Qəsəbə üzrə nümayəndəsi Pisax İsakov, Ümumdünya Yəhudilər Konqresinin vitse-prezidenti Matvey İlizarov və Dövlət komitəsinin əməkdaşları təmsil ediblər. Qurultayı Aziz-in idarə heyətinin üzvü Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. Qurultayda giriş sözü ilə çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin işi barəsində, yeni layihələr və planlar barədə danışıb.
Dövlət Komitəsinin sədri Fuad Muradov son illərdə Azərbaycan-İsrail əlaqələrinin daha da inkişaf etdiyini və bu istiqamətdə “Aziz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının böyük rol oynadığını bildirərək İsraildə fəaliyyət göstərən Azərbaycan diasporunun bu işdə fəal iştirak etdiyini deyib. Qurultayda çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan və İsrail arasında hökumətlərarası səviyyədə uğurlu qarşılıqlı əlaqələrdən və bu sahədə mövcud olan potensiallardan danışıb. O Assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirərək qurultay iştirakçılarına Azərbaycan və İsrail dövlətləri və xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzu etdi. İsrail tərəfdən İsrail Knessetinin deputatı Mark İfraimov çıxış edərək nümayyəndələri salamladı və İsrail-Azərbaycan əlaqələrinin mövcud vəziyyətindən və prespektivlərindən danışıb.
Qurultayın təşkilat komitəsinin sədri Yuriy Boçarov idarə heyətinin hesabat məruzəsi ilə çıxış edib. Məruzədə assosiasiyanın fəaliyyəti barədə və gələcədə qarşıda duran vəzifələr barədə qurultay iştirakçılarına məlumat verilib.
Lev Spivak yenidən yekdilliklə Assosiasiyanın sədri seçilib. Yenidən Assosiasiyanın sədri seçilmiş Lev Spivak göstərilən etimada görə qurultay iştirakçılarına öz minnətdarlığını bildirərək assosiasiyanın fəliyyət istiqamətləri və qarşısında duran vəzifələrdən danışıb.
Qurultay İsrailin məşhur musiqi kiollektivlərinin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb.