Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
İran səfiri: İsrail ABŞ-ni regionda irimiqyaslı müharibəyə sürükləməyə çalışır
29 Noyabr 2019 16:53
2 541
Oqtay Əsədov: “Mən də bu məsələyə dəstək vermişəm”
"Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarlmasını istəyiblər". Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib: "Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək". Spikerin sözlərinə görə, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir. "Bu hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də bitərəf olanlara", - deyə O.Əsədov bildirib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. İclasda verilən qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
12:02
364
11:23
679
11:22
623