“Nemtsov kimilərinin danışmağa haqqı yoxdur” Siyasət

“Nemtsov kimilərinin danışmağa haqqı yoxdur”

Fuad Muradov: "Onun kimilərinin Azərbaycan prezidentinin fəaliyyəti barədə fikir yürütməyə nə ağlı, nə də səviyyəsi imkan verir"

"Rusiyanın müxalifətçi düşərgəsinin nümayəndəsi Boris Nemtsovun Azərbaycan KİV-inə verdiyi müsahibədəki həyasız tonunu bu şəxsin ölkəmizə qarşı qərəzinin bariz göstəricisi saymaq olar".
Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov özünün sosial şəbəkədəki səhifəsində Rusiyanın müxalifətçi "PARNAS" siyasi partiyasının həmsədri Boris Nemtsovun müsahibəsini şərh edərkən yazıb.
Fuad Muradov qeyd edib ki, bu başabəla siyasətçinin və mənsub olduğu komandasının vaxtilə Kremldə yüksək vəzifədə çalışarkən yol verdikləri korrupsiya əməlləri Rusiya siyasi sistemini böhrana salan əsas amillərdən idi: "İndi onun Azərbaycan barədə verdiyi "ekspert rəyi" bu baxımdan əhəmiyyətsizdir".
Deputat vurğulayıb ki, Azərbaycan prezidentinin fəaliyyəti barədə fikir yürütmək Nemtsov kimilərinin nə ağlı, nə də səviyyəsi imkan verir: "Nemtsov Rusiyada ciddi fiqur kimi qəbul olunmur. O hər yerdə yalnız öz maraqları naminə iş görməyi sevir. 90-cı illərdə o,baş nazirin müavini olarəkən ölkənin düşdüyü iqtisadi böhrandan belə şəxsi məqsədi üçün istifadə etməyə utanmamışdı. O zaman böhranla mübarizə üçün Nemtsov məmurların oturduğu xarici xidməti maşınlarının yerli avtomobillərə dəyişmək ideyasını irəli sürmüşdü. Bunu etməkdə məqsədi himayə etdiyi avtomobil biznesindən külli miqdarda qazanc əldə etmək istəyi idi.
Özünü "siyasətçi" adlandıran bu bədnam ekspertin İlham Əliyevin guya Putindən nümunə götürməsini idda etməsi sadəcə siyasi korluqdur. Bütün dünya İlham Əliyevin müstəqil siyasət yürütməsini birdəfəlik qəbul edib. Dövlət başçımız yürütdüyü müstəqil siyasi xətti və apardığı islahatlarını bir çox Avropa ölkələri nümunə götürürlər. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün aparılan islahatların uğurlu nəticələrini yaşayır".
Fuad Muradovun sözlərinə görə, B.Nemtsovun qərəzli olması elə verdiyi müsahibədə qabarıq öz əksini tapıb: "Özünü Azərbaycan tərəfkeşi kimi sırımağa çalışan bu "tanınmış" siyasətçi nədənsə bir dəfə də olsun ölkəmizin işğal altında olan Dağlıq Qarabağ və digər rayonlarını yada salmaq istəməyib. Bu qərəzi biz ona yaxın olduğu deyilən TV-də gördük. Bir neçə müddət əvvəl Nemtsova yaxınlığı ilə tanınan Rusiyanın RBK TV-sinin Dağlıq Qarabağı "müstəqil ölkə" kimi təqdim etməsinin şahidi olduq. Bu elə çox mətləblərdən xəbər verir".
Deputat qeyd edib ki, Boris Nemtsov kimi siyasi dəllaların fikirlərini tirajlamaq sadəcə təəssüf doğurur: "Əgər Azərbaycanla bağlı məsləhət almaq lazım olan şəxslər olarsa, Netmsov bu sırada heç axırıncı sırada belə gəlmir".