Səfir: “Pandemiya ilə əlaqədar 1172 Rusiya vətəndaşı Azərbaycandan təxliyə olunub" Siyasət

Səfir: “Pandemiya ilə əlaqədar 1172 Rusiya vətəndaşı Azərbaycandan təxliyə olunub"

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 1172 Rusiya vətəndaşı Azərbaycandan təxliyə olunub.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bugünkü mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Azərbaycanda öz vətənlərinə qayıtmaq istəyən kifayət qədər Rusiya vətəndaşı var.
O bildirib ki, bununla bağlı səfirliyə 4 mindən çox müraciət daxil olub.
M. Boçarnikov qeyd edib ki, bu istiqamətdə işlər davam edir: “Mövcud şərtlər çərçivəsində mümkün olan hər şey edilir. Artıq karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır. Bu mərhələni nə qədər tez keçsək, lazımi tədbirləri görmək bir o qədər asan olacaq”.
Səfir vurğulayıb ki, Rusiya Azərbaycana COVID-19-un laboratoriya diaqnostikası üçün 12 min araşdırma üçün nəzərdə tutulmuş 120 test sistemi göndərib.