Hikmət Hacıyev: Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcvüzü davam etdirir Siyasət

Hikmət Hacıyev: Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcvüzü davam etdirir

BMT baş katibi tərəfindən COVİD-19 la bağlı qlobal atəşkəs təşəbbüsü irəli sürülüb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq sülh təşəbbüslərini dəstəkləyir: “Ancaq yalnız atəşkəs kifayət deyil. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs əldə olunsa da, sülhə nail olunmayıb. Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcvüzü davam etdirir. Atəşkəsə olan çağırışlarla bərabər, BMT Nizamnaməsindəki tələb və prinsiplərin həyata keçirilməsi, işğala son qoyulması təmin olunmalıdır. Koronavirus pandemiyası dövründə bu, daha aktualdır”.