Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın son təxribatı ilə bağlı yerli mətbuat üçün kommünike yayıb Siyasət

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın son təxribatı ilə bağlı yerli mətbuat üçün kommünike yayıb

Azərbaycanın Fransadakı səfirliyi Ermənistan silahlı qüvvələrinin Ermənistan–Azərbaycan sərhəddində törətdikləri təxribatla bağlı kommünike yayıb.

AZƏRTAC xəbər verir ki, kommünikedə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək üçün artilleriyaların müşayiəti ilə hücuma keçdiyi bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən müvafiq tədbirlər sayəsində düşmən məğlub olub və itki verərək geri çəkilib.

Ermənistanın təcavüzkar siyasətinin ölkənin təhlükəsizlik strategiyasında əksini tapdığı diqqətə çatdırılıb.

Kommünikedə, həmçinin Beynəlxalq birliyə müraciət edilərək, Ermənistanın təcavüzünü pisləməyə çağırış edilib.

Kommünike hər gün yenilənəcək və vəziyyət haqqında yerli mətbuata məlumat veriləcək.