Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
5 Dekabr 19:46
5 Dekabr 14:13
5 Dekabr 12:57
4 Dekabr 23:28
"Ermənistan öz vətəndaşlarının diqqətini ölkə rəhbərliyinin pandemiya nəticəsində yaranan böhranın öhdəsindən gələ bilməməsindən yayındırmaq üçün həlli uzanan ərazi münaqişəsindən istifadə edir”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və erməni tərəfinin təxribatını şərh edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
"Bu ölkədə koronavirusun yayılmasına qədər də çox gərgin sosial vəziyyət hökm sürürdü. Dünya iqtisadi böhranı, Ermənistanda qeydə alınan koronavirusa yoluxanlar arasında çoxlu ölüm halları hər şeyi daha da çətinləşdirdi", - deyə D. Savelyev vurğulayıb.
Rusiyalı deputat Azərbaycanın isə öz vətəndaşlarına kömək etmək və biznesi dəstəkləmək üçün çox böyük vəsait ayırdığını, həmçinin onlarla dövlətə ciddi maliyyə və humanitar yardım göstərdiyini, Ümumdünya Səhiyyə Təşkilatı üçün vəsait ayırdığını xüsusi qeyd edib: "Bundan başqa, Azərbaycan rəhbərliyi COVID-19 pandemiyası ilə mübarizə sahəsində təcrübə mübadiləsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycanın bu təklifi Rusiya və qalan bütün BMT-yə üzv ölkələr tərəfindən dəstəklənib. Ermənistanda isə Qarabağ münaqişəsinin eskalasiyasından daha yaxşı təklif fikirləşə bilmədilər".
D. Savelyev Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin erməni təxribatı nəticəsində gərginləşdiyini söyləyib: "Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələri erməni təxribatı nəticəsində gərginləşən münaqişəyə müdaxilə etməyə çağırış edən Ermənistanın rəsmi şəxslərinin davranışı pandemiya ilə mübarizə üçün bütün dünya səy göstərən vaxtı hərbi toqquşmalara kimin və hansı məqsədlərlə başladığının ən yaxşı sübutudur".
Rusiyalı deputat Ermənistanın heç bir razılaşmanı icra etməyi planlaşdırmadığını da bildirib: "O da məlumdur ki, yaxın vaxtlarda Ermənistan heç bir razılaşmanı icra etməyi planlaşdırmır. Baxın, artıq 30 ildir ki, biz Ermənistan tərəfindən danışıqların ancaq uzadıldığını və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində nizamlanması ilə bağlı kiçik addım belə atılmadığını görürük".