“Böhtan xarakterli yazılar, həqiqətə uyğun olmayan informasiyalar yayılır” Siyasət

“Böhtan xarakterli yazılar, həqiqətə uyğun olmayan informasiyalar yayılır”

Emin Həsənli: “Bununla bağlı qəti mübarizə aparılmalıdır”

“Müharibənin döyüş hissəsini ordu, digər istiqamətləri isə dövlətin digər strukturları aparır. Beynəlxalq aləmi inandımaq, xarici siyasəti təmin etmək vacib istiqamətlərdəndir. Bütün dünya bilməlidir ki, biz təcavüzə məruz qalmışıq, torpaqlarımız işğaldadır. Ölkə iqtisadiyyatı güclü olmalıdır ki, dövlətin müharibə aparmaq imkanları olsun. Xalq ordusuna dəstək verməli, xalq-hakimiyyət birliyi olmalıdır. Ordu mövzusunda bütün vətəndaşlar həmrəy olmalıdır”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. O, bildirib ki, bütün bu istiqamətlərdə mühüm işlər görülüb: “Azərbaycan dövlətini beynəlxalq aləmi inandırıb ki, ədalətli müharibə aparır, torpağı işğala məruz qalıb. BMT-nin qətnamələri, Avropa İttifaqının, Qoşulmama Hərəkatının, İslam Konfransı Təşkilatının qərarı var. Bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın işğalçı olduğöunu qeyd edirlər, separatçı rejimin qondarma seçkilərini heç kim tanımadı. Aparılan uğurlus siyasət nəticəsində Ermənistan nə Qarabağı özünə birləşdirə bilib, nə də ki tanıya bilib. Ölkəmizdə vətəndaş həmrəyliyi, Ermənistanda isə ciddi etuiraz dalğası var. Övadlarının qırılmasını istəmirlər. Başqasının torpağı üstündə döyüşmək istəmədiklərini bildirirlər. Azərbaycanda isə hər kəs öz torpaqları, haqları uğrunda döyüşmək istəyir. Xalq dövlətinə, ordusuna, Ali Baş Komandana dəstək verir”.
E.Həsənli diqqətə çatdırdı ki, yeni dövrün yeni tələbləri var: “Əvəllər bir neçə televiziya və qəzet var idi. Amma informasiya texnologiyaları inkişaf edir. Buna görə də bu istiqaməıtdə də işi gücləndirmık lazımdır. Dövlət bu istiqamətdə də iş aparır. Atəşkəs ola bilər, amma bu isitiqmətdə savaş hər an davam edir. Biz bu mövzuda həssas olmalıyıq. Düşmən müxtəlif adlar altında sosial şəbəkələrdə səhifələr açır, Azərbaycanı istəməyən bəzib sapı özümüzdən olan baltalar da bilərəkdən, yaxud bilməyərkdən onlara qoşularaq dövlət, dövlət rəhbərliyi silahlı qüvvələrimiz, ordu rəhbərliyi əleyhinə təbliğat aparırlar. Buna qətiyyən yiol vermək olmaz. Hamımız ordumuzu dəstəkləməli, dövlətimizin yanında olmalıyıq. Dövlət rəhbəliyini, eyni zamanda silahlı qüvvələrimizin rəhbərliyində olan şəxsləri, generalları gözdən salmaq, qara yaxmaq cəhdləri var. Bu cür hallara qəti imkan vermək olmaz. Bu cür addımların qarşısı həmişə alınıb, gələcəkdə də alınacaq. Hüquq mühafizə orqanlarına müraciət edirəm. Hüquq müstəvisində də bununla bağlı qəti mübarizə aparılmalıdır. İctimaiyyət də bu məsələdə həssas olmalıdır. Böhtan xarakterli yazılar, həqiqətə uyğun olmayan informasiyalar yayılır. Kəndlərin boşalmasını bildirir, itkilərlə bağlı şişirdilmiş rəqəmlər səsləndirirlər. Düşmən itkiləri gizlədir. Amma Azərbaycanın açıqladığı rəsmi məlumatlar var və biz heç bir zaman itkilərimizi gizlətmirik”.
Hərbi ekspert əlavə etdi ki, 2106-cı ilin aprel hadisələri də bir daha təsdiq etdi ki, Azərbaycan ordusu güclüdür: “Peşəkar ordumuz və kadrlarımız var. Ordunun idarə edilməsi hərb qanunlarına uyğundur. Bilikli, bacarıqlı zabit korpusumuz var. Allah şəhidlərimizə rəhmət eləsin. İlk dəfə generalımızı itirdik. Şəhid general Polad Həşimov bilikli, peşəkar kadr idi. Azərbaycan ordusunun yetərincə savadlı, vətənpərvər, peşəkar, döyüş yolu keçmiş hərbçiləri var. Azərbaycan ordusu qarşıya qoyulan istəıniıən tapşırığı yerinə yetirməyə qadirdir. Biz çalışmalıyıq ki, informasiya siyasətində də ehtiyatlı olaq, düşmənin bu cür cəhdlərinin qarşısını alaq”.

Əli Zülfüqaroğlu