“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
Avstraliya Baş naziri ölkənin BMT Təhlükəsizlik Şurasına daxil olmaq planlarını açıqlayıb
Çində tekstil fabrikində baş verən yanğında səkkiz nəfər həlak olub
Vaşinqton və Pekin süni intellekt üzrə yeni dialoq mexanizmi yaradır
İran hərbçiləri: ABŞ regionda yeni hərbi əməliyyatlara hazırlaşır
Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər həlak olub, 30 nəfər xəsarət alıb
22 İyul 2020 12:34
1 862
21 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığı baş tutub.
Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə Baş katibə təşəkkür bildirib.
Tərəflər Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Baş katib Bağdad Amreyev Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə Baş katibi məlumatlandırıb. O, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bəyanata görə Baş katibə təşəkkürünü ifadə edib.
20 Sentyabr 19:24
2 142
20 Sentyabr 12:05
980
20 Sentyabr 12:05
938