İsrailin müdafiə naziri: ABŞ razılıq versə, İranla müharibə yenidən başlaya bilər
Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə həbs edilib
İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
10 Avqust 2020 21:09
3 367
Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin on ikinci-on dördüncü hissələri müvafiq olaraq on üçüncü-on beşinci hissələr hesab edilir və aşağıdakı məzmunda on ikinci hissə əlavə olunur:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında real vaxt rejimində verilir.”.