Deputat: Döyüş meydanında aciz qalan ermənilər çıxış yolunu mülki əhalini atəşə tutmaqda görür Siyasət

Deputat: Döyüş meydanında aciz qalan ermənilər çıxış yolunu mülki əhalini atəşə tutmaqda görür

Bu gün Azərbaycanın apardığı mübarizə haqq işidir, Azərbaycan 30 ildən artıqdır erməni işğalı altında qalan torpaqlarını terrorçulardan təmizləmək uğrunda mübarizə aparır.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu mübarizədə bütün beynəlxalq qanunlar da Azərbaycanın tərəfindədir: “Dünya ictimaiyyəti Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını təsdiq edir, pisləyir və erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı kifayət qədər sənədlər var. Lakin Ermənistan tərəfi nəinki bu sənədlərə məhəl qoymadı, əksinə ölkəmizdə qarşı yeni təxribatlara əl atdı, danışıqalar prosesini pozmaq və status kvonu saxlamaq üçün əlindən gələni etdi - gah aprel təxribatları törətdi, gah işğal edilmiş ərazilərimizdə qondarma “parlament seçkiləri” və “prezident seçkiləri” keçirdi, gah Qarabağın Ermənistana məxsus olması barədə sərsəm bəyanat səsləndirdi. Nəhayət sentyabrın 27-də ölkəmizə qarşı yeni geniş miqyaslı təxribata başladılar.

Lakin Azərbaycan ordusu onların bu təxribatlarının qarşısını layiqincə alır və düşmənə sarsıdıcı zərbərlər endirir. Ordumuzun əks-hücumları nəticəsində ciddi texnika və canlı qüvvə itkisinə məruz qalan düşmən çaşqın vəziyyətdədir və Azərbaycan ordusu qarşısında acizliyini aydın şəkildə biruzə verir. Faşist siyasətini dövlət səviyyəsinə qaldıran Ermənistan tərəfi yenə də eybəcər sifətini göstərərk və öz mənsur ənənəsinə sadiq qalaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutur.

Bununla Ermənistan eyni zamanda öz acizliyini, gücsüzlüyünü, köməksiz durumda olduğunu ortaya qoyur. Döyüş meydanında kişi kimi döyüşə bilməyən namərd düşmən çıxış yolunu mülki əhalini atəşə tutmaqda görür. Son məlumatlara görə erməni atəşi nəticəsində 16 mülki şəxs həlak olub, 55 nəfər isə yaralanıb. Bundan əlavə 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan dəyib. Bu eyni zamanda Ermənistan rəhbərliyi tərəfindən törədilən bir müharibə cinayətidir və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

Deputat vurğulayıb ki, erməni təcavüzü nəticəsində həyatını itirən soydaşlarımızın və şəhidlərimizin qanı yerdə qalmayacaq: “Artıq düşmən güclü sarsılıb, xeyli itkilər verdiyindən müqaviməti qırılıb, döyüş meydanından qaçırlar, Ermənistan cəmiyyətində ruh düşgünlüyü və qorxu hissi var. Azərbaycan xalqı isə bu gün tam qələbə və döyüş əzmindədir, Ali Baş Komandan ətrafında sıx birləşib. 10 minlərlə insanımız könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət ediblər. İnanırıq ki, bu savaş Azərbaycanın tam qələbəsi və işğal altıda olan bütün torpaqlarımızın azad olunması ilə nəticələnəcək və həmin torpaqlarda yenidən şanlı Azərbaycan bayrağı dalğalanacaq”.