Eldəniz Quliyev “El” Hərəkatından çıxıb Siyasət

Eldəniz Quliyev “El” Hərəkatından çıxıb

Eldar Namazov istefa ilə bağlı açıqlama verib

"El Hərəkatı onsuz da fəaliyyət göstərmirdi. Mən də özümü hazırda "El" Hərəkatında görmürəm, ona görə də "El" Hərəkatından uzaqlaşdım".
Bunu APA-ya açıqlamasında "El" Hərəkatı Ali Məclisinin sabiq sədri Eldəniz Quliyev söyləyib.
E. Quliyev bildirib ki, "El" Hərəkatından uzaqlaşmasında səhhəti, məhkəmə, çəkişmələri, Milli Şurada, Ziyalılar Birliyində fəaliyyət göstərməsi də müəyyən rol oynayıb: "Mən vaxt baxımından da faktiki olaraq çatdıra bilmirdim və bu səbəblər də "El" Hərəkatından uzaqlaşmağımda öz rolunu oynadı".
"El" Hərəkatının sədri Eldar Namazov isə APA-ya açıqlamasında bildirib ki, E. Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayır. O deyib ki, hazırda ölkə xaricində olduğu üçün E. Quliyevin istefasına ölkəyə qayıtdıqdan sonra geniş münasibət bildirəcək.