Zahid Oruc: “27 sentyabr dönüm nöqtəsidir” Siyasət

Zahid Oruc: “27 sentyabr dönüm nöqtəsidir”

“Qələbə tam təmin olunsun, simvolları sonra tapaq” yanaşması düzgün deyil”.

Bunu bu gün “İkinci Qarabağ Müharibəsi ictimai rəydə” sorğu nəticələrinin ilkin təhlilinə dair brifinqdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, Stalinqrad döyüşü İkinci Dünya Müharibəsində dönüm nöqtəsi olub: “27 sentyabr da belə dönüm nöqtəsidir. Qələbənin simvolları ilə bağlı müxtəlif arayışlar var. Birinci Vitse-prezident Mehriban Əliyevanın “İşğaldan azad edilmiş torpaqları hər birimiz öpəcəyik” sözləri, Murov və digər təkliflər var. İşğal olunmuş torpaqlardan məcburi köçkün düşən insanlar var ki, 30 ildir, öz evlərinin açarlarını saxlayırlar”.

Tədbirə dəvət edilmiş Cəbrayıl rayonu Balyand kənd sakini Qəhrəmanova Fitat Xəlil qızı İkinci Qarabağ Müharibəsinin qələbə ilə başa çatacağına inandığını, evinin açarını hələ də mücrüdə saxladığını bildirib. Onun atası Xəlil kişi, əmisi Şəmil kişi Birinci Qarabağ Müharibəsində əsir düşüb, hələ xəbər yoxdur.