Azərbaycan Prezidenti: Azərbaycan xalqı mənə inanır, mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm Siyasət

Azərbaycan Prezidenti: Azərbaycan xalqı mənə inanır, mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm

Biz nə vaxt nəyi edəcəyimizi yaxşı bilirik. Ona görə bu gün də bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində. Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib. Münaqişənin həlli yollarına da toxunan dövlətimizin başçısı deyib: “Azərbaycan xalqı da bunu dəfələrlə eşidib vasitəçilərdən, demək olar ki, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, mən bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən. Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Aqressoru məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrin yerinə yetirsin? Yox. Bəs necə həll olunur bu məslə indi? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı aqresora biz lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik qaçardımı indi Moskvaya danışıqlar aparmaq üçün? Oturacaqdı, özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar siçan kimi ağzına su alıb susurlar. Bəs hanı sənin hikkən? Hanı sənin təkəbbürün? Hanı sənin “qəhrəmanlığın”? “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir”.