Türkiyə danışıqlar masasında oturmalıdır! Siyasət

Türkiyə danışıqlar masasında oturmalıdır!

Arzu Şirinova

Tarix boyu belə olub-ermənilər güclü dövlətlərin və onlara rəhbərlik edənlərin əlində bir alət olaraq istifadə edilib. Və həmin dövlətlər və rəhbərlər məqsədlərinə çatandan sonra erməniləri pat vəziyyətdə qoyublar. Elə götürək Amerika Birləşmiş Ştatlarını. Prezident seçkilərindən öncə namizədlər erməni seçicilərinə vədlər verir. Qondarma soyqırımı tanıyacaqlarını, Dağlıq Qarabağ məsələsində onların maraqlarını nüdafiə edəcəklərini bildirirlər. Ancaq hər dəfə də erməniləri məyus edirlər. Bu dəfə də belə olacağı şübhəsizdir. Ermənilərin ciddi-cəhdlə müdafiə etdikləri ABŞ prezidentliyinə ən real namizəd Co Bayden Qarabağ münaqişəsi barədə danışıb.
Xarici KİV-lər xəbər verir ki, Bayden Tramp administrasiyasını məsələyə laqeyd yanaşmaqda, Azərbaycan və Ermənistan liderlərinə zəng etməməkdə ittiham edib. Onun fikrincə, münaqişənin hərbi yolla həlli də mümkün deyil.
“Ermənistan Qarabağ ətrafındakı rayonları qeyri-müəyyən müddətə qədər saxlaya bilməz. Türkiyə və İran isə münaqişədən kənar qalmalıdırlar”- deyə açıqlamada deyilir.
Co Baydenin “Türkiyə və İran isə münaqişədən kənar qalmalıdırlar”, ifadəsi əslində təkcə onun istəkləri deyil, həm də Fransanın, Rusiyanın, eləcə də erməniləri müdafiə edənlərin istəkləridir. Co Bayden İranı qəsdən Türkiyə ilə bir sıraya qoyub. Onun hədəfi Türkiyədir. Bu illər ərzində hər birimizə, eləcə də dünya güclərinə bəlldir ki, İran heç vaxt Azərbaycanı Ermənistanı müdafiə etdiyi kimi dəstəkləməyib. Azərbaycanı nəinki müdafiə edib, hətta öz ərazisindən silah-sursatların Ermənistana keçməsi üçün qucaq açıb. Bu faktı nə qədər inkar etsələr də belədir. İran həm də Ermənistanı iqtisadi cəhətdən ayaqda tutan dövlətlərdən biridir. İran sözdə desə də ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, əməli isə ermənilərin maraqlarına xidmət edir.
Bir daha təkrar edirəm ki, Co Bayden kimilərin narahatçılığı Türkiyənin Azərbaycanın yanında yer almasıdır. Bu kəslər anlamaq istəmirlər ki, bir millətin övladları, ayrı iki dövlət olsalar belə, dara düşəndə bir-birilərinə arxa-dayaq olurlar. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə Türkiyənin əleyhinə danışanları hər zaman susdurub və deyib:”Türkiyənin dövlət başçısı burda deyil, ancaq mən burdayam”. Və arqumentlərlə Türkiyənin haqlı olduğunu bəyan edib. Yaxın zamanlarda isə, Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etmadnaməsini qəbul edən Azərbaycan lideri Aralıq dənizi məsələsində yenə də Türkiyənin haqq işini dəstəklədiyini, dövlətimizin mövqeyini açıq-aydın ifadə etdi. Eyni qaydada, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində haqqın, ədalətin, beynəlxalq hüququn yanında olduğunu , özünün təbirincə desək “Can Azərbaycan” istəsə bütün mənalarda qardaş dəstəyi göstərəcəyini bildirib.
Sentayabrın 27-də Ermənistan silahlı qüvvələrinin təcavüzkar əməllərinə cavab verən Azərbaycan ordusu əks hücuma keçərək öz torpaqlarını qəsbkarlardan təmizləməyə başlayandan bu günə kimi Türkiyənin Prezidenti başda olmaqla hökumət rəhbərləri Azərbaycana mənəvi dayaq oldular. Onların bu münasibəti bugün də davam edir.
Bu vəziyyətdən isə nəinki Co Bayden, onun kimi erməni havadarlar nnarahatdırlar. Çünki Türkiyənin lideri açıq-ayın mövqeyini ortaya qoyub:”Biz Azərbaycanın haqq işini müdafiə edirik, hər bir dəstəyi verməyə hazırıq. Ermənistan onunku olmayan Azərbaycan torpaqlarından çıxmalıdır”.
Dağlıq Qarabağ probleminin sülh yoluyla həlli məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri-ABŞ, Rusiya və Fransa 26 ildir danışıqlar masasında işğalçı Eürmənistanın mövqeyindən çıxış edirlər. Azərbaycan Prezidenti demişkən”bu illər ərzində münaqişənin həlli məqsədilə 1 santmetr belə irəliləyiş olmayıb”. Əksinə, Ermənistana vaxt tanıyıblar ki, cəlladlar işğal altında saxladıqları Azərbaycan ərazilərində istehkamlar qursunlar, müdafiələrini möhkəmləndirsinlər.
Türkiyə də bütün bunları görür, haqlının-Azərbaycanın yanında olduğunu bəyan edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bugünlərdə verdiyi açıqlamada konkret fikir qoydu ortaya:”Həmsədrlər ATƏT-in Minsk qrupu ölkələrinə hesabat verməlidirlər ki, bu illər ərzində münaqişənin həlli məqsədilə bağlı nə işlər görülüb”. Təbii ki, bu ölkələr sırasında Türkiyə də var. Əgər hesabat veriləcəksə və danışıqlar bağladılacaqsa Türkiyə də masada oturanların arasında yer almalıdır. Azərbaycan Prezidenti də demişkən, bu, birmənalıdır.
Ona görə də Co Bayden seçki kompaniyasına hesablanmış fikirlərini boşuna havaya sovurmasın. Türkiyə danışıqlar masasında oturmalıdır. Necə ki, Ermənistanı müdafiə edən ABŞ, Rusiya və Fransa bu illər ərzində oturublar.