“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
16 Oktyabr 2020 15:41
2 114
Azərbaycan tolerant ölkədir, burada bütün xalqlar sülh şəraitində yaşayırlar.
Trend-in məlumatına görə, bunu Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete deyib.
O bildirib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi təqdim etməyə çalışırlar: “Ancaq onlar buna nail olmayacaqlar. Bu müharibə torpaq uğrunda, işğal edilmiş torpaqların azad edilməsi uğrunda gedir”.
V.Fekete qeyd edib ki, Azərbaycan şəhərləri ermənilər tərəfindən atəşə tutulur: “Münaqişə zonasından uzaqda yerləşən dinc sakinlər ermənilər tərəfindən atəşə məruz qalır, günahsız uşaqlar, qadınlar, qocalar qətlə yetirilir. Katolik kilsəsi olaraq biz bu məsələlərə biganə qala bilmərik. Ermənilər gəncəyə günahsız insanların üstünə raket atanda biz bundan çox kəndərləndik və bu əməli pisləyən bəyanat yaydıq. Azərbaycan bizim vətənimizdir. Tez bir zamanda ədalətin bərpa olunması, ölkəmizdə sülhün bərqərar edilməsini istəyirik”.
18 Sentyabr 19:56
812
18 Sentyabr 18:50
882
18 Sentyabr 17:33
959