22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
16 Oktyabr 2020 20:47
2 506
"İşğalçı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket atmasını şiddətlə qınayıram”.
Bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib. Keçmiş səfir Ermənistanın məlum addımını əsl ağılsızlıq kimi dəyərləndirib: “Ermənistan ağlını başına yığsın. Ermənilərə xatırlatmaq istərdim ki, Ankara hökuməti ilə bolşeviklər 1921-ci il Qars müqaviləsini müzakirə edərkən Naxçıvan məsələsi yenidən gündəmə gəlmişdi. Nəticə də Türkiyənin İğdırı ilhaq etməsi və Naxçıvan üzərində Azərbaycanın suverenlyi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı. Və Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilməmiş, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılmışdı. Beləliklə,16 mart 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım olmuşdu. Türkiyə Rusiya ilə birlikdə qarantör ölkədir. Ona görə də Ermənistan ağlını başına yığsa, çox yaxşı olar. Bu, provokasiyadan tezliklə əl çəkməsi lazımdır.
Ermənistan ilk gündən bölgəsəl müharibə istəyir. Bunu Xocalı qətliamını xatırladan Gəncə hadisələrindən də görmək olar. Gəncəyə raket atmalarının səbəblərindəndə biri budur. Düşünürəm ki, Ermənistanın bütün bu etdikləri ağılsızlığın əlamətidir. Onlara məsləhət görürəm ki, bir daha Naxçıvan tərəfə belə boylanmasınlar...”
22 Dekabr 21:39
1 008
22 Dekabr 20:49
1 064
22 Dekabr 19:01
1 120