Vəfa Cümşüdlü Qubad İbadoğluya qarşı Siyasət

Vəfa Cümşüdlü Qubad İbadoğluya qarşı

"O və onu dəstəkləyən bəzi şəxslər Müsavata xələl gətirir"

"Qubad İbadoğlu və onu dəstəkləyən bəzi şəxslərin fikirləri Müsavata xələl gətirir". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü deyib.
O, partiyanın sabiq başqanı İsa Qəmbərin Müsavatdakı prosesləri hakimiyyətlə partiyanın savaşı kimi qiymətləndirməsinə münasibət bildirib. Onun sözlərinə görə, İ. Qəmbər Məclisin toplantısında da Qubad İbadoğlu və onu dəstəkləyən bəzi şəxslərin mətbuatda, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən fikirlərinə münasibət bildirib və hər kəsi baş verənlərdən nəticə çıxarmağa səsləsə də, qarşı tərəf qurultay məsələsini daim gündəmdə saxlamaqda maraqlıdır: "Sözsüz ki, bu da partiyanın nüfuzuna xələl gətirir və cəmiyyətdə birmənalı qarşılanmır".
V. Cümşüdlü Müsavatı İsa Qəmbərin idarə etməsi barədə deyilən fikirləri isə absurd adlandırıb: "Partiyanı İsa Qəmbərin idarə etməsi barədə fikrə gəldikdə, bunlar kökündən yanlış məlumatdır. İsa Qəmbər heç vaxt kiminsə fəaliyyətinə müdaxilə etməyib".