Ermənilər Dağlıq Qarabağa köçürülmüş xalqdır - Deputat Siyasət

Ermənilər Dağlıq Qarabağa köçürülmüş xalqdır - Deputat

Ermənilər Dağlıq Qarabağa köçürülmüş xalqdır. Hətta 1978-cı ildə ermənilərin özləri Dağlıq Qarabağa köçürülməsinin 150 illiyinə həsr olunmuş xatirə abidəsini də ucaltmışdılar. Düzdür, bu abidəni torpaqlarımız işğal olunanda söküblər. Amma tarixi fakt arxivlərdə qalmaqdadır.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ermənilər köçəri xalq olduğuna görə onların demoqrafik artımında da böyük problemləri olub:

“Bu xalqda torpaq xəstəliyi var ki, bu xəstılik zaman - zaman qonşu ölkələrin torpaqları hesabına özlərinə “Böyük Ermənistan” yaratmaqla bağlı olub. Amma onlar həmişə də məhv olunaraq geri qovulublar. Bu köçəri xalq özlərinin yaşadıqları ərazilərdə məskunlaşdırmağına əhalisi çatmadığı halda işğal etdikləri ərazilərini də öz terrorist nəsilləri ilə doldurmaq siyasətini davam etdiriblər. O cümlədən, 30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ və onun ətraf 7 rayonunu işğal edərək öz əraziləri kimi elan edilməsinə baxmayaraq, bu torpaqlarda yaşayıb-yaratmağa erməniləri olmamışdır. Bu problemini həll etmək üçün erməni rəhbərliyi işğal etdiyi torpaqlarımıza Suriyadan və Livandan erməni əsilli terroristlərin qeyri-qanuni məskunlaşmasını həyata keçirilməsinə cəhd edib və məskunlaşmanı aparıblar.

Onlar üçün müəyyən evlər tikilmiş, yaşayış üçün şərait yaradılmışdı. Amma müharibə gedən ərazilərə xaricdən qeyri-qanuni məskunlaşmanın aparılması və əhalinin demoqrafik tərkibinin dəyişdirilməsinə cəhd müharibə cinayətidir. Bu, Cenevrə konvensiyalarında aydın şəkildə qeyd olunmuşdur. Beynəlxalq təcrübədə baş vermiş belə halların səbəbkarları tribunallarda cəzalandırılmışdır. Hətta Ermənistanın cinayət məcəllsəində də belə məskunlaşma cinayət hesab olunur və belə hallara müəyyən cəza nəzərdə tutulmuşdur.

Bütün bunlar onu deməyə imkan verir ki, erməni rəhbərləri cinayətkardırlar və zaman gələcəkdir ki, onlar öz törətdikləri soyqırımılarına görə, mülkui infrastrukturlarımızın məhv edildiyinə görə, işğal etdikləri ərazilərimizin təbii sərvətlərini taladıqlarına görə və torpaqlarımıza qeyri-qanuni məskunlaşmanı apardıqlarına görə cəzalarını alacaqlar. Tarix onu göstərmişdir ki, ermənilər üçün beynəlxalq hüquq və normalar mövcud olmayıb. Amma bu əbədi olmur. Gec-tez haqq ədalət bərpa olunur, ədalət zəfər çalır. Necə ki, bu gün Azərbaycanın rəşadətli ordusu onların ilkin cəzasını verirsə, eləcədə hüquq müdafiə orqanlarımız tərəfindən hazırlanacaq ittiham sənədləri gələcəkdə beynəlxalq məhkəmələrdə ermənilərin cəzalandırılması və təzminatların tələb olunması üçün hüquqi baza olacaqdır”.