Azərbaycan dövləti həm döyüş, həm də diplomatiya meydanında qanuni haqqını aldı - İranlı ekspert Siyasət

Azərbaycan dövləti həm döyüş, həm də diplomatiya meydanında qanuni haqqını aldı - İranlı ekspert

Azərbaycan dövləti həm döyüş, həm də diplomatiya meydanında işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı öz qanuni haqqını aldı.

Bunu açıqlamasında iranlı siyasi ekspert Mirzə Rəsul İsmayılzadə deyib.

M.R.İsmayılzadənin sözlərinə görə, bütün dünya dövlətləri Azərbaycanın bu uğurunun şahidi oldu.

O, əlavə edib ki, Azərbaycan beynəlxalq təşkilatların qəbul etdiyi, lakin icra olunmayan qətnamələri yerinə yetirdi:

“Bu gün işğala son qoyulub. Azərbaycan xalqının tarixinə yazılan böyük gündür. Bu, bütün azərbaycanlılara, müsəlmanlara şad xəbərdir.

Tarix Azərbaycan xalqının səbri, dözümü və şücaətinə şahidlik etdi.

İranlı ekspert bildirib ki, erməni işğalçıları mənfur əməllərinin nəticələrini gördülər. Tarix də sübut etdi ki, işğalçılıq davam edərsə, sonda acı nəticə ilə üzləşəcək.

İranlı ekspert bu tarixi qələbə münasibəti ilə azərbaycanlıları təbrik edib, Allahdan bütün şəhidlərə rəhmət diləyib.