22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
4 Dekabr 2020 12:45
1 848
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Bunu Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Vladimir Kreydenko dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüşdə deyib.
İşçi qrupunun hər iki həmsədri Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.
Qeyd edək ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var. Digər həmsədr isə Valeriy Kolyuxdur.
22 Dekabr 21:39
1 036
22 Dekabr 20:49
1 092
22 Dekabr 19:01
1 169