Bu gün anti-milli şura ermənilərlə sinxron fəaliyyət göstərir - Politoloq Siyasət

Bu gün anti-milli şura ermənilərlə sinxron fəaliyyət göstərir - Politoloq

Bu gün anti-milli şura ermənilərlə sinxron fəaliyyət göstərir. Onlar xaindirlər. 44 günlük Vətən müharibəsi zamanı anti-milli şura xain və satqın simasını yenə də nümayiş etdirdi, düşmənin dəyirmanına su tökdü. Xüsusən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və digərləri.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, darmadağın olunmuş Ermənistan, erməni lobbiçiləri, ermənilərin himayədarları və Azərbaycanın daxilində olan anti-milli şuranın sinxron fəaliyyətlərini hər kəs görür:

“Əli Kərimli fərari atasıdır. O, öz oğlunu ABŞ-a qaçırdıb. Rəsmi olaraq səfərbərlik xidməti məlumat yayıb ki, Əli Kərimlinin oğlu Türkel Kərimli xaricdəki bütün təhsillərini başa vurub, ancaq həqiqi hərbi xidmətdən yayınır. Yəni ölkəyə gəlmir ki, əsgərlik xidmətini yerinə yetirsin. Əsgərlikdən yayınır. Anti-milli şuradakıların heç birinin yaxınları, əzizləri, doğmaları 44 günlük müharibədə iştirak etməyib. Bunlar bir müddət əvvəl Paşinyanı nümunə kimi göstərirdilər. İndi soruşulmalıdır ki, erməni xalqı bu "novator", "demokrat" haqqında nə fikirləşir?

Ermənipərəst qüvvələr, müharibə dövründə Azərbaycana qarşı çirkin fəaliyyət göstərənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır. Onlar fərari, xain və satqındırlar. Bunun başqa adı yoxdur! Uzun illər idi Azərbaycanın torpağı Qarabağ və ətraf 7 rayon erməni işğalında idi. Və bu ərazi ümumilikdə Azərbaycanın 2-ni əhatə edirdi. Ali Baş Komandan İlham Əliyev 27 sentyabrda əks-hücum əmri verməklə çox qısa müddətdə, 44 günə həmin ərazini erməni işğalından azad edib. Bu, həm döyüş meydanında, həm də dilpomatik müstəvidə əldə etdiyimiz qələbədir. İndi bu qələbəyə radikal müxalifət niyə sevinmir?

Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya, Fuzliyə, Cəbrayıla, Xocavəndə, Suqovuşana və digər ərzilərimizə qayıtmağımıza necə sevinməmək olar?! Təbii ki, biz 44 günlük müharibədə indiki vəziyyətdə maksimum nəticəni əldə etmişik. Radikal müxalifət illərdir, xalqa təlqin edirdi ki, Prezident İlham Əliyev heç zaman müharibə etməyəcək. Ancaq Ali Baş Komandanımız 44 günlük müharibə ilə döyüş meydanında 30 il istehkamlar quran, hər cür texniki təhcizatla müdafiə olunan və dünyada çox güclü diasporu olan erməniləri darmadağın etdi. Bu tarixi və möhtəşəm qələbəni erməni xalqı yüz illər belə unutmayacaq!”.

N.Orduxanlı bildirib ki, Prezident İlham Əliyev tək torpaqlarımızı geri qaytarmayıb, həmçinin də 100 illik xəstə təfəkkürlü erməni millətçiliyini və onların ideologiyasını dünyada məhv edib:

“Bütün baş verənlər dünyanın gözü qabağındadır. Ancaq radikal müxalifət, xüsusən "milli şura", Əli Kərimli, Tofiq Yaqublu, xaricə qaçıb dövlətinin maraqlarını satan Sevinc Osmanqızı və ona oxşarlar son günlər xalqımızın əldə etdiyi bu qələbəyə kölgə salmağa, Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin korlanmasına yönəlmiş fəaliyyət göstərirlər. Nə qədər gülməli görünür Əli Kərimli və "milli şuradakılar".

Bütün fəaliyyətlərini həmçinin Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına yönəldiblər. Rüstəm İbrahimbəyovu prezident seçdirmək üçün Putinin ayağına sarılanlar yaxın keçmişlərini tez unudublar. Ancaq biz siyasətçilər onların kimliklərini hər zaman xalqa çatdırmışıq. Məqsdələri Türkiyə-Rusiya-Azərbaycan münasibətlərini pozmaqdır. Ancaq biz bilməliyik ki, bu gün Türkiyə-Rusiya münasibətlərinin dostluq üzrərində inkişaf etməsi, nəinki bizim bölgə, region üçün çox önəmlidir, sabitliyin təminatıdır. Hər kəs çox yaxşı bilməlidir ki, Prezident İlham Əliyev hər zaman öv dövlətinin, xalqının milli maraqlarını qoruyub və bundan sonra da qoruyacaq və heç bir qüvvəyə, dövlətə 1 sm torpağımızdan pay verməyəcək!”.