“Kərimlilərin mahiyyətini bütün Azərbaycan bilsin” Siyasət

“Kərimlilərin mahiyyətini bütün Azərbaycan bilsin”

Rauf Arifoğlu: "Allah eləməmiş, o, hansısa bir vəzifə tutsa bunun yırtıcı və tərbiyəsiz qohumları Azərbaycan əhalisinə qarşı terrorla məşğul olar"

"Əli Kərimli ilə mənim aramda olan konflikt geriyə dönməyəcək düşmənçiliyə çevrildi, xüsusən də bu cür təhqirlərdən sonra". Bunu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimlinin sosial şəbəkədə onun barəsində təhqiredici kollaj yaymasını şərh edərkən deyib. Rauf Arifoğlu bununla bağlı Əli Kərimliyə yazdığı məktuba cavab aldığını bildirib: "Cavabında yenə məni təhqir edib, buna baxmayaraq, qohumunun hərəkətini pislədiyini və o statusu yığışdırmaq üçün ona məktub yazdığını bildirib. Sonra mən yoxlatdırdım ki, statusu yığışdırıblar. Bu da onu göstərir ki, İnqlab Kərimli komanda ilə hərəkət edir. Yəni mən əminəm ki, bu tapşırığı da ona veriblər, yazıb, mesaj verib, sonra deyiblər, yığışdırıb. Əgər o, bu statusu öz başına yazsaydı, təbii ki, çıxarmazdı". Baş redaktor bu kollajın yayılmasının böyük yanlışlıq olduğunu bildirib: "Mən də bunu "Facebook"da yaydım ki, Kərimlilərin mahiyyətini bütün Azərbaycan bilsin. Bilsin ki, prezidentlik iddiasında olan şəxs Azərbaycan Respublikasının vətəndaşını, qəzet redaktorunu, vaxtilə ona yaxşılıq etmiş bir şəxsi öz yaxın qohumlarına necə təhqir etdirir. Allah eləməmiş, o, hansısa bir vəzifə tutsa və ya hakimiyyət imkanları olsa, təbii ki, bunun bu cür vəhşi, yırtıcı və tərbiyəsiz qohumları Azərbaycan əhalisinə qarşı terrorla məşğul olar".

Əli