Böyük Britaniya Suriyanın müvəqqəti prezidentinə qarşı sanksiyaları ləğv edib
Tramp Pelosinin siyasətdən gedişini müsbət qarşılayıb: O, Amerika cəmiyyətini parçalayıb
NATO Baş katibinin köməkçisi: Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir
Gürcüstanda azərbaycanlı kriminal avtoritetin sifariş etdiyi qətlin qarşısı alınıb
15 Fevral 2021 09:39
2 247
BMT Baş Katibi Antonio Quterreş Myanma hərbçilərinə təşkilatın xüsusi səfirinin ölkəyə buraxılması üçün müraciət edib.
Trend TASS-a istinadən xəbər verir ki, müvafiq açıqlamanı baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik yayıb.
Sənəddə deyilir: "Baş katib hərbçiləri BMT-nin xüsusi səfiri Kristin Şraner Burgenerin vəziyyəti şəxsən qiymətləndirə bilməsi üçün Myanmaya məqbul şərtlərlə ziyarət etməsinə dərhal icazə verməyə çağırır".
Bildirilir ki, 5 fevralda Burgener Myanmanın ordu komandanının müavini Soe Vin ilə telefon danışığı aparıb. Stefan Düjarrik bu danışığın çevrilişdən sonra hərbi səlahiyyətlilərlə qura bilinən ilk təmas olduğuna görə çox vacib bir söhbət adlandırıb.