Millət vəkili Sevil Mikayılova növbəti dəfə seçiciləri ilə görüşüb - FOTO Siyasət

Millət vəkili Sevil Mikayılova növbəti dəfə seçiciləri ilə görüşüb - FOTO

56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova növbəti dəfə seçiciləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, kənd sakinləri yararsız yollar, qaz və elektrik enerjisi təchizatı ilə bağlı problemləri, eləcə də yeni məktəb tikintisi və digər şəxsi məişət xarakterli müraciətlərini səsləndiriblər. Köhnə Xudat, Çinartala, Nərəcanda seçicilərini qəbul edən S.Mikayılova onları narahat edən məsələləri dinləyib və dövlətin siyasətində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, hər bir vətəndaşın rifahının əsas olduğunu bir daha diqqətə çatdırıb.

Bəzi məsələlər yerindəcə həll edilib, həlli zaman tələb edən digər müraciətləri S.Mikayılova nəzarətə götürdüyünü, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılacağını bildirib.

Görüşdə iştirak edən seçicilər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxli və xarici siyasəti tam dəstəklədiklərini ifadə edərək, onların rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən daim ardıcıl işlər aparıldığı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər bir vətəndaşı narahat edən məsələlərə xüsusi həssaslıq və qayğı ilə yanaşıldığı üçün minnətdarlıqlarını bildiriblər.