Nazir müavini: "Ermənilər Qubadlı meşələrinin yarısını məhv edib" Siyasət

Nazir müavini: "Ermənilər Qubadlı meşələrinin yarısını məhv edib"

"İşğaldan sonra erməni terrorçuları Qubadlı rayonu ərazisində yerləşən meşələrin yarısını məhv edib".

Bunu APA-ya açıqlamasında Qubadlı rayonuna səfər zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, dağlıq və meşəlik ərazilərin üstünlük təşkil etdiyi Qubadlı rayonunda işğaldan əvvəl 263.3 min hektar meşə fondu olub: "Rayon erməni təxribatçıları tərəfindən işğal olunduqdan sonra meşələrin məhv edilməsinə başlanılıb. Son hesablamalara görə, rayon ərazidəki meşələrin demək olar ki, 50 faizi məhv edilib".

Nazir müavini qeyd edib ki, işğaldan əvvəl Qubadlı rayonu dağ və meşəlik əraziləri ilə seçilib.