“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
15 Aprel 2021 18:46
3 528
Ümid edirik ki, Azərbaycanın neft-kimya sektorunda İspaniya şirkətləri üçün yeni layihələr olacaq.
Bunu Trend-ə İspaniya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Qeyd olunub ki, bir sıra İspaniya şirkətləri Bakıda neft emalı zavodlarının modernləşdirilməsi üzərində işləyir.
Əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı nazirlikdən bildiriblər ki, iki ölkənin ticari-iqtisadi münasibətləri üçün böyük potensial mövcuddur: "Əsas diqqət energetika, infrastruktur, telekommunikasiya, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrinə ayrılır. Bundan başqa, tikinti, memarlıq, şəhər planlaşdırması, tikinti materiallarının istehsalı, elektrik stansiyalarının yenilənməsi, eləcə də tibb sektoru kimi qarşılıqlı maraq kəsb edən sahələrdə yaxşı imkanlar mövcuddur".
Nazirlikdən əlavə ediblər ki, pandemiyanın səbəb olduğu azalmadan sonra ikitərəfli ticarət axını bərpa olunmağa başlayır: "2021-ci ilin yanvarından bu günədək İspaniyadan Azərbaycana ixrac 6 milyon avroya bərabər olub. İdxal isə 31 milyon avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz azdır. Bu müddət ərzində ticarət kəsiri 25 milyon avroya çatıb".
(Tərcümə: Orxan Nəbiyev)