Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
28 Aprel 2021 12:58
2 912
"Rusiya “Böyük yeddilər” formatına qoşulmaq niyyətində deyil. “Böyük səkkizlər” Moskvanın iştirakı ilə olmayacaq".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə müsahibəsində bildirib.
"Biz dəfələrlə demişik ki, ora daha heç vaxt getməyəcəyik. Bu “səkkizlər” artıq olmayacaq, bu, dünənki gün idi", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov qeyd edib ki, format iştirakçılarının Rusiyanın geri çağırılması ilə bağlı söhbətləri onlara ancaq öz qərarverici sözlərinin təbliğatını aparmaq üçün lazımdır.
Qeyd edək ki, “Böyük səkkizlər” klubu 1998-ci ildən 2014-cü ilə qədər fəaliyyət göstərib. 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra kluba üzv ölkələr Soçidə keçirilməsi planlaşdırılan sammitə gəlməkdən imtina edərək özləri Rusiyanın iştirakı olmadan Brüsseldə toplaşıblar.
21:39
406
20:49
609
19:01
798