Polad Bülbüloğlu Qarabağ üçün Qurana əl basdı Siyasət
"Xalqımın inkişafı üçün, Qarabağın qayıtması üçün əlimdən gələni edəcəyəm!"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
QMİ-də Azərbaycandakı müxtəlif dinlərin icma rəhbərlərinin iştirakı ilə Polad Bülbüloğlu ilə görüş keçirilib.
Görüşdə QMİ sədri Polad Bülbüloğlunu 70 illik yubileyi münasibətilə təbrik edib: "Polad müəllimlə ayrı-ayrı sahələrdə fəaliyyət göstərsək də, həmişə görüşüb məsləhətləşmişik, fikir mübadiləsi aparmışıq. Özü də hələ Sovet dövründən. Dövr dəyişir, zəmanə dəyişir, vəzifə dəyişir, amma Polad müəllim dəyişmir. O, həmişə Vətəninə, dövlətinə sədaqətli olub".
A.Paşazadənin sözlərinə görə, Polad Bülbüloğlu yaşından çox cavandır: "Onun ürəyi cavandır. İnanırıq ki, o, bundan sonra da Vətəni və dövləti üçün hələ çox işlər görəcək. Onun qəlbində Qarabağ yanğısı var. İnşallah Qarabağ azad ediləndən sonra mədəniyyət tədbirləri, o cümlədən Polad müəllimin ad günlərini keçirəcəyik".
Bütün Qafqazın şeyxi yubilyara "Qurani-Kərim" və digər hədiyyələri təqdim edib.
Polad Bülbüloğlu isə qeyd edib ki, bu, onun üçün böyük xoşbəxtlikdir: "Biz Sovet vaxtı dünyaya gəlib, tərbiyə və təhsil almışıq. O vaxt bizə ateist ideologiyası aşılayırdılar. Deyirdilər ki, Allah yoxdur, ilahi qüvvə yoxdur. Lakin insan yaşa dolduqca özü anlayır ki, Allah, ilahi qüvvə var".
O, fevralın 4-də Heydər Əliyev sarayında böyük bir tədbir keçirə bildiyinə görə Allaha şükür etdiyini deyib. Həmçinin "Şərəf" ordeni ilə təltif edildiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Xalq artisti həyatında ulu öndər Heydər Əliyev məktəbini keçdiyinə, indi isə onun oğlu Prezident İlham Əliyevin rəhbərliyi altında səfir kimi fəaliyyət göstərdiyinə görə də özünü xoşbəxt saydığını deyib.
Polad Bülbüloğlu qeyd edib ki, onun yubileyi münasibətilə Bakıya gələn qonaqlar Prezident İlham Əliyevlə görüşdən sonra deyiblər ki, kaş ki, bizim də Prezidentimiz bizə belə diqqət və qayğı göstərəydi.
Səfir Sovet İttifaqının dağılmasından sonra çətin illərdə bütün Qafqazın şeyxinin Azərbaycan üçün böyük işlər gördüyünü xatırladıb: "Müstəqilliyin ilk illəri çox çətin keçirdi. Qarabağ problemi, 20 Yanvar hadisəsi və iqtidarın tez-tez dəyişməsi ilə həyəcan keçirirdik. Şeyxin Azərbaycanın o çətin günlərində milləti üçün əvəzedilməz xidmətləri olub, böyük işlər görüb. Biz fəxr edirik ki, sizin kimi şeyximiz var. Mən bu günü ömrümün sonuna kimi yadımda saxlayacağam. Mən mənə verilən Qurana əl basıb deyirəm ki, xalqımın inkişafı üçün, Qarabağın qayıtması üçün əlimdən gələni edəcəyəm!"
Görüşdə iştirak edən digər dini icma rəhbərləri Xalq artisti Polad Bülbüloğlunun hələ uzun illər öncə Azərbaycanda və postsovet ölkələrində sevildiyini, daha sonra onun nazir və səfir kimi öz ölkəsi üçün böyük xidmətlər göstərdiyini deyiblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Polad Bülbüloğlunu qızıldan olan "Apostol Varfolomey" medalı ilə təltif edib.
P.Bülbüloğlu pravoslav kilsəsinə ona, eləcə də Allahşükür Paşazadəyə göstərilən diqqət və hörmətə görə təşəkkür edib.
Avropa Yəhudiləri İcmasının sədri Gennadiy Zelmanoviç isə yubilyara yəhudilərin dini simvolu olan şamdan - "Menora" hədiyyə edib.