İran: "Zəifləməmişik, əksinə, daha da güclənmişik"
26 May 14:54
İrandan Gürcüstana qarpız aparan yük maşınında 110 kq-dan çox marixuana aşkarlanıb
ABŞ narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib
Çin XİN başçısı: Rəsmi Pekin Yaxın Şərqdə gərginliyin azaldılması üçün çalışır
ABŞ-da ilin əvvəlindən silahlı insidentlər nəticəsində 5 mindən çox insan ölüb
8 İyun 2021 12:13
2 737
İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Bosniya və Herseqovina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Bosniya və Herseqovina Parlament nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Səfər iyunun 10-da başa çatacaq.