Qardaşlıq təcəssümü - Azərbaycan-Türkiyə dostluğu Siyasət

Qardaşlıq təcəssümü - Azərbaycan-Türkiyə dostluğu

Azərbaycan və Türkiyə münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Türkiyə və Azərbaycan arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Bu günkü Şuşada baş tutan mətbuata konfransı zamanı Prezident İlham Əliyev : Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük. Onsuz da bilirdik ki, biz bir millət, iki dövlətik, necə ki, rəhmətlik atam demişdir. Ancaq müharibə bir daha bütün dünyaya bunu göstərdi və biz heç vaxt bu dəstəyi unutmayacağıq".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri iyirmi səkkiz ildən sonra azad edilmiş əzəli və əbədi yurdumuz olan Qarabağa etməsi və azərbaycanımızın mədəniyyət mərkəzi olan Şuşamızda imzalan “Şuşa bəyannməsi” bir daha iki dövlət arasında olan əlaqələrin daha da yüksək bir tempdə gedəcəyinin və yeni bir unikal mərhələyə qədəm qoymasının bir sübutudur.

Bu gün imzalanmış bu tarixi sənədin ən böyük əhəmiyyətlərindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. 44 günlük Vətən müharibəsi zamanı işğalçı ermənistan üzərində qazandığımız zəfərlə regionda yeni münasibətlərin formalaşmasına şərait yaratdı.Bu bəyannamə qardaş ölkənin hər zaman yanımızda olmasının göstəricisidir. Bu gün Şuşadan dünyaya Azərərbaycan Türkiyə qardaşlığının əbədi olacaqı ilə bağlı verilən mesaj hələ dünyaya çox səs salacaqdır.

Namiq Muradov
Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatının sədri