İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
21 İyun 2021 14:05
1 792.jpg)
Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, yeni hökumət formalaşması gözlənilir. İnanırıq ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bir çoxları Ermənistanda böhranın səbəbi kimi müharibədəki məğlubiyyəti göstərirlər:
“Ermənistandakı dərin böhranın səbəbi onilliklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin beynəlxalq tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətinin həyata keçirilməsi olub. Region ölkələrinin normal inkişafı üçün beynəlxalq hüququn norma və prinsipinə əsaslanan münasibətlərin alternativi olmadığı nə qədər tez qəbul edilərsə, bütün region ölkələri üçün bir o qədər yaxşı nəticə verə bilər”.
C.Bayramov vurğulayıb ki, Azərbaycanın bu sahədə mövqeyi məlumdur: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasının tərəfdardır. Ermənistanın bu sahədəki qərarı öz seçimidir. Biz isə bunun alternativinin mövcud olmadığını düşünürük”.
22 Mart 17:00
1 176
20 Mart 19:24
4 508
20 Mart 09:57
2 534