“Biz birlikdə güclüyük” düçüncəsi ilə COVID-19 – a da qalib gələcəyik Siyasət

“Biz birlikdə güclüyük” düçüncəsi ilə COVID-19 – a da qalib gələcəyik

Kifayət qədər uzun müddətdir ki, dünya COVİD-19 bəlasından zərər çəkir. Bu virusun törətdiyi fəsadlar demək olar ki, hər bir sahəni əhatə edir. Dünya səhiyyəsi də bu virusunqarşısında acizdir. O səbəbdən də bu qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır. İnsanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsul bu günkü durumda vaksin etdirməkdir.

İnsanı kiçik bir zaman kəsiyində- 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlarvə ya iş yoldaşlarıüçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.

İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır.Orqanizmpeyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısıalınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.

Bəzən insanlar güclü immunitet düşüncəsi ilə fikirləşirlər ki, bu xəstəlik cavanlara, sağlamlığı möhkəm olanlara təsir etmir. Amma ölüm hadisələrinin statistikasına baxanda bu məlum olur ki, gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur.Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır.Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.

Doğrudur, çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Ona görə də peyvənd olunan insanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir.COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.

Tarixdən məlumdur ki, müxtəlif vaxtlarda mövcud olmuş yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. Ona görə də peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25‑30%‑i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib.1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb.

1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.

Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub.

Azərbaycan üçün də vaksinasiya olduqca önəmlidir.Xüsusən də, uşaqlarin gələcəyi üçün bu çoxvacibdir. Məlumdur ki, COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmir. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.

Digər bir tərəfdən peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın da qarşısıalın bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur.Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.

Ölkəmizdə də bu bəlanın başladığı ilk günlərdən aktiv fəaliyyətə başladı, qabaqlayıcı tədbirlər gördü. Çünki, Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün

əsas vəzifəsi hesab edir

Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

Cənab Prezidenthəyata keçirdiiyi bir sıra tədbirlərlə pandemiya ilə mübarizədə dəqiq yol xəritəsi cızdı. 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda Prezident İlham Əliyev qeyd etmişdir ki, “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemitez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsigücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.

Ona görə də Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi əhalinin sağlamlığı istiqamətində də önəmli addımlar atır.Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Ümumiyyətlə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Bu səbəbdən də sağlamlığımız bir növ öz əlimizdədir. Bunun üçün də bu gün hər birimiz dövlətimizin bu qyğısının daha effektli olması üçün fəal olmalıyıq. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70‑80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Az bir müddət əvvəl “Biz birlikdə güclüyük!” şüarı ilə yola çıxan Azərbaycan xalqı Vətən müharibəsində necə qalib oldusa inanırıq ki, pandemiya ilə mübarizədə də qalib olacaq. Hər birinizə sağlam həyat, parlaq gələcək arzulayıram.

Ələddi Cabbarov

Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi