Paşinyan Syünikdə Rusiya hərbi bazasının fəaliyyəti üçün Moskvaya nümayəndə heyəti göndərir Siyasət

Paşinyan Syünikdə Rusiya hərbi bazasının fəaliyyəti üçün Moskvaya nümayəndə heyəti göndərir

Ermənistanın hökumət nümayəndə heyəti iyunun 26-da Moskvaya səfər edəcək.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bununla bağlı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan qərar imzalayıb.

Səfərin məqsədi Syünik vilayətində Rusiya hərbi bazasının fəaliyyəti ilə bağlı məsələləri müzakirə etməkdir.

Moskvada Ermənistan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək.

İclas çərçivəsində Ermənistanın Syünik vilayətində Rusiya hərbi bazasının fəaliyyəti göstərməsi üçün lazım olan daşınmaz əmlak və torpaq sahələrinin Rusiya tərəfinə verilməsi ilə bağlı məsələlərə baxılacaq.

Ermənistanın hökumət nümayəndə heyətinin səfəri iyulun 1-də başa çatacaq.