Azərbaycanın güclü, nizamlı ordusu var Siyasət

Azərbaycanın güclü, nizamlı ordusu var

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Ölkənin təhlükəsizliyini qoruyan, düşmənini yerində oturtmaq iqtidarında olan güclü, qüdrətli və nizamlı ordusu var.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.

Onun sözlərinə görə, dünya miqyasında 50 ən güclü ordu sırasında Azərbaycan Ordusunun olmasını təmin edən amil Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirilməsidir: "Bu gün Prezidentimizin diqqət və qayğısı nəticəsində güclü və qüdrətli bir orduya malikik. Azərbaycanın nizamlı bir ordusu var, ölkədə ordu quruculuğuna böyük diqqət yetirilib. Orduda yüksək vətənpərvərlik ruhu mövcuddur, hər bir əsgər vətəninə, millətinə, xalqına, torpağına sədaqətlidir. Aprel döyüşlərində, ötən ilin 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qələbəmiz Azərbaycan əsgərinin mərdliyindən, qəhrəmanlığından ölməzliyindən xəbər verdi".

Politoloq onu da qeyd edib ki, ölkənin hərbi sənaye kompleksinin də inkişafı, ordunun müasir hərbi texnika ilə təchizi ordu quruculuğu prosesinə güclü təkan verib: "Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Müdafiə Sənayesi Nazirliyi silahlı qüvvələrin tələbatını nəzərə alaraq dünyanın bir çox nüfuzlu hərbi sənaye müəssisələri ilə əməkdaşlıq qurub. Azərbaycan müdafiə sənayesinin istehsalı olan hərbi təyinatlı məhsullar son illər nüfuzlu silah sərgilərinə də çıxarılır və maraqla qarşılanır.
Bu da Silahlı Qüvvələrin təchizatında xarici mənbələrdən asılılığı aradan qaldırmağa imkan verir".

Politoloq sonda qeyd edib ki, beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.

Cavid