Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Daxil olan bütün layihələrdə cərimələr, rüsumlar artırılır”

“Daxil olan bütün layihələrdə cərimələr, rüsumlar artırılır” Siyasət

“Daxil olan bütün layihələrdə cərimələr, rüsumlar artırılır”

Qüdrət Həsənquliuyev: “Sanki dövlətin idarəetmə xərclərinin böyük bir hissəsi vətəndaşların üzərinə qoyulur”

“Normativ Hüquqi Aktlar Haqqında Konstitusiya qanununun 48.2.1-ci maddəsinə görə, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt təqdim elədiyi qanun layihəsinin qəbul edilməsi zərurətinin əsaslandırılmasını təqdim eləməlidir”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili bildirib ki, əgər təqdim olunan layihə maliyyə tutumludursa, həm də onun maliyyə iqtisadi əsaslandırılması təqdim olunmalıdır: “İndi əlbəttə, sağ olsunlar ki, bizə belə bir əsaslandırma qeyd formasında təqdim olunub. Mən indi onu oxuyuram, xahiş edirəm millət vəkilləri diqqət yetirsinlər ki, əsaslandırma ilə təqdim olunan layihə arasındakı fərqi görsünlər. Əsaslandırmada qeyd olunur ki, əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təkllif olunur. Yəni 6 aylıq müddətin nəzərə alınması təklif olunur. İndi layihəni oxuyuram, xahiş edirəm 41-ci maddəyə qulaq asın. “Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa olunur”. Yəni biz, burada niyə açıq yazmayaq ki, həmin 6 ay müddət nəzərə alınır. Yəni bu əsaslandırmada göstərilən fikir normanın özündə əksini tapmır”.

Millət vəkili əlavə edib ki, bu qanunu tətbiq edən şəxslər də çox zaman bəhanə axtarırlar ki, ümumiyyətlə vətəndaşlara pensiyaları ödəməsinlər: “Biz, son vaxtlar nəyi, hansı tendensiyanı müşahidə edirik? Biz, onun şahidiyik ki, bütün daxil olan layihələrdə cərimələr, rüsumlar artırılır. Sanki dövlətin idarəetmə xərclərinin böyük bir hissəsi vətəndaşların üzərinə qoyulur. Halbuki əvvəllər də söyləmişdim, vətəndaş vergi ödəyir və həmin vergi ilə də dövlət idarəetmə orqanları saxlanılmalıdır. Bunu ona görə söyləyirəm ki, bu iki müqayisəni aparanda adamda sanki belə bir təəssürat yaranır ki, sanki hakim bir şəxsi ölümə məhkum edir, amma ona deyir ki, sən bilmirsən, bu sənin xeyrinədir, sən cənnətə gedirsən. Təqribən belə bir vəziyyət yaranır. Ona görə istəyərəm ki, biz birbaşa bu normanın özündə qeyd edək ki, bu 6 aylıq müddət nəzərə alınır”.

“Konstitusiyaya ziddir

Millət vəkili “Əmək pensiyaları haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara dəyişikliklərin müzakirəsi zamanı da fikirlərini bölüşüb.

BAXCP sədri diqqətə çatdırıb ki, Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsində - hansı ki həmin norma Normativ Hüquqi Aktlar adlanır - qeyd olunur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur: “Amma biz indi nəyi müşahidə edirik? Tutaq ki, dövlət qulluqçusu axşam yatır, səhər durub gəlir işə, mətbuatda Prezidentin sərəncamı ilə tanış olur ki, artıq çalışdığı dövlət orqanı publik hüquqi şəxsə çevrilib. Və bununla da o, dövləq qulluqçusu statusunu itirir. Beləliklə də tutaq ki, Prezident Fərmanı onun hüquqi vəziyyətini xeyli dərəcədə pisləşdirir. Niyə? Əslində biz, bu normanı daxil etməklə bir qism dövlət qulluqçusunun vəziyyətini yaxşılaşdırırıq”.

Millət vəkili deyib ki, yəni ən azı 13 il dövlət qulluğunda olmuş şəxsə imkan veririk ki, o, dövlət qulluqçusu kimi pensiyaya çıxandan sonra əmək pensiyasına əlavə ala bilsin: “Bəs qalanları necə olsun? Ona görə mən söyləyirəm ki, bu birbaşa Konstitusiyaya ziddir. Mən hesab edirəm ki, bu 13 il qulluq edənlərlə yox, bütün dövlət qulluqçularına şamil olunmalıdır. Əgər dövlət orqanı publik hüquqi şəxsə çevrilirsə, həmin dövləq qulluqçularının statusu pensiyaya çıxana qədər saxlanılmalıdır. Amma publik hüquqi şəxs olandan sonra yenidən həmin publik hüquqi şəxsə işçilər qəbul olunursa, onlar artıq işə qəbul olunanda bilirlər ki, bunlar ərizə veriblər, müraciət ediblər, onlar publik hüquqi şəxsə daxil olurlar. Amma şəxs gedib imtahan verir, bir neçə mərhələ keçməklə, çox çətinliklə gəlib dövlət qulluqçusu olur. Sonra da o statusu itirilir. Ona görə də mən təklif edirəm ki, hörmətli Musa Quliyev bunu bir də qanunvericilik təşəbbüsü subyekti ilə ilə müzakirə eləsin. Biz, bütün dövlət qulluqçuları üçün bu statusu saxlamalıyıq.

İkinci toxunacağım məsələ ondan ibarətdir ki, millət vəkilinin köməkçisinin hüquqi statusu ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Əslində Milli Məclis hakimiyyətin müstəqil qanadıdır, dövlət hakimiyyəti orqanıdır. Amma burada onlar dövlət qulluqçuları hesab olunmurlar. Bəziləri də dövlət qulluğundan bu işə gəlirlər. Ona görə də kim dövlət qulluğundan gəlirsə və millət vəkilinin köməkçisi olursaŞ onun da dövlət qulluqçusu kimi statusu saxlanılmalıdır. Yaxud, o saxlanılmırsa, heç olmasa biz, qanunvericiliyə belə bir dəyişiklik edə bilərik ki, yəni onlar da deputatlar kimi pensiyaya çıxacaqları təqdirdə fəaliyyətdə olan deputat köməkçisinin aldığı əməkhaqqının 80 faizi məbləğində pensiya alsın. Necə ki, deputat pensiyaya çıxanda fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi məbləğində pensiya alırsa, onlara da bu qayda şamil olunun. Hesab edirəm ki bu onların sosial müdafiəsinin gücləndirilməsi üçün doğru olardı”.

Əli Zülfüqaroğlu