“Rusiya ilə dialoqa ehtiyac var” Siyasət

“Rusiya ilə dialoqa ehtiyac var”

Rusiya ABŞ başda olmaqla Avropa Birliyinin sanksiyalarına məruz qalıb.
Xatırladaq ki, hələ aprel ayında ABŞ prezidenti Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb. NATO Baş katibi Yens Stoltenberq də Rusiyaya qarşı sanksiyaların vacib və davamlı olduğunu vurğulayıb. O, qeyd edib ki, Krımla bağlı vəziyyətdən sonrakı sanksiyalar qüvvədə qalmağa davam etməlidir.
Bundan başqa Avropa İttifaqı liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları da ehtiva edən əlavə məhdudiyyət variantlarını dəyərləndirmə qərarı aldıqlarını açıqlayıb.
Aİ Şurası Moskvadan “daha konstruktiv münasibət” sərgiləməsi, bundan başqa, “Aİ və Aİ üzvü olan ölkələrlə üçüncü ölkələrə qarşı hərəkətlərini dayandırması”nı tələb edib.
Bəyanatda Aİ-nin münasibətində dəyişiklik olması üçün Rusiyaya “Minsk müqaviləsinin tətbiqi” çağırışı edilib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Müasir Beynəlxalq Problemlər İnstitutunun Qlobal Tədqiqatlar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kazyulin “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, sanksiyaların səbəbləri yaxşı məlumdur: Krım, Donbas, insan hüquqları...: “Ancaq Bayden rəhbərliyinin Rusiya ilə köhnə münasibət üsullarını dəyişdirməyə qərarlı olduğu görünür. Strateji təhlükəsizlik üzrə dialoqun bərpa olunduğunu görürük. Başqa, məsələn, Əfqanıstan, Suriya, İranın gələcəyi ilə bağlı mövzuları da gözləmək olar”.

Politoloq onu da vuirğulayıb ki, ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil etməyib: “Avropada bir çox məsələdə davam edən ciddi fikir ayrılıqlarına baxmayaraq Rusiya ilə dialoqa ehtiyac olduğu barədə səslər var. Bunu onlar da xatırlayırlar”.
Cavid