"İntellektin imkan verirsə, onunla görüşün" Siyasət

"İntellektin imkan verirsə, onunla görüşün"

Ermənistan və erməni lobbisi Azərbaycanın üzərinə düşüb ki, qondarma rejimə status verilsin və Zəngəzur dəhlizi olmayacaq. Bəzi siyasətçilər də buna qoşulub Xankəndi olmayacaq kimi fikirlər səsləndirirlər.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu Milli Məclisin iclasında cari məsələlərin həlli ilə bağlı çıxışı zamanı millət vəkili Razi Nurullayev bildirib.

Millət vəkili qeyd edib ki, bunu əvvəl Əli Kərimli gündəmə daşıyırdısa, indi başqa siyasətçilər də ona qoşulublar: "Əli Kərimli deyir ki, prezidentlə görüşüm. Prezidentin bu istiqamətdə təyin etdiyi şəxs var - Ədalət Vəliyev. İntellektin imkan verirsə, onunla görüşün" .

Əli Zülfüqaroğlu